Sağlamlıq
Şəkər, xərçəng və infarkt niyə kəskin artdı? - DƏHŞƏTLİ FAKTLAR
Qida sənayesi çoxmilyardlıq dövriyyəyə malikdir. Və sözsüz ki, satışı, gəliri daha da artırmaq üçün yeni yollar düşünürlər. Əlbəttə ki, onları sizin sağlamlığınız qətiyyən maraqlandırmır. Qida istehsalçıları biznes iş adamlarıdır, nəyisə düzəldəndə əsas istədikləri- mal sürətli satılsın, dadlı olsun, iyi gözəl olsun, ona tələbat artsın, tez xarab olmasın və s. Yəni mal üstlərində qalmasın, pul gətirsin.
Publika.az xəbər verir ki, bu sözləri məşhur həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Hazır qidaların zərərli tərkibindən söz açan həkim dəhşətli faktlar göstərib:
“1969 cu ildə alim Con Olney siçanlar üzərində tədqiqat aparırdı və onların qidasına monosodium glutamat (MSG) adlı maddə qatırdı. Tamam başqa şeyə görə. Çünkü bu maddə bizim də beynimizdə var, mediatordur. Alimin işçiləri fikir verdi ki, cəmi 6 aya msg verilən siçanlar inanılmaz dərəcədə kökəlib, obez olublar.
Sonra gördülər ki, insanlarda bu maddəyə həssaslıq siçandan və rezus meymunundakından dəfələrlə çoxdur. Siçanların piylənmə səbəbini tez araşdırıb tapdılar: Sən demə bu maddə qidaya qatılanda yeməyin dadı 8 dəfə daha ləzzətli olur, yeyən bir də istəyir, doymur+ bu yemək onu xoşbəxt edir, əhval ruhiyyəni qaldırır, buna görə narkotik asılılıq yaradır. Həmin yemək olmayanda depressiya yaranır”.
Şahin Məmmədov qeyd edib ki, belə xüsusiyyətlərə malik maddənin kəşfi və zəhərli olmaması qida sənayesi üçün əsl tapıntı olub: “Əlbəttə ki, bu maddənin belə xüsusiyyətlərinin kəşfi qida istehsal edən şirkətlərin çoxdan axtardığı bir məlumat idi. Araşdırdılar ki, qidaya qatanda zəhərli deyil, insan dərhal ölmür. İndi bütün fastfoodlar (tərkibi mayonez, ketçup , soya sousu, msg qatılmış duz və ədviyyatlar, sosiskalar, dondurulmuş ət), çipsilər, semiçkalar, peçenyələr, bütün konservalar, kolbasalar, satılan bütün soklar, enerji içkiləri, limonadlar, turşular, şiriniyyatlar, şkoladlar, hətta bəzi çörəklər, demək olar ki, supermarketdə paketlənmiş, üzərində yazı olan hər bir qidaya MSG qatılır.
Ona görə ki alasınız, yeyəsiniz, doymayasınız və mütləq yenə onu arzulayasınız. Yəni sizi bu yolla bir növ “narkoman” edirlər. Narkotik asılılıqla eynidir. Necə ki siqareti, kokaini tərgitmək çətindi, küçədən alınan qida da bu cür təlabat verir. İndi bildiniz niyə insanlar xoşladığı insanla kələm borşu, qreçka yeməyə yox məhz, kortof fri, yanında ketçap, pizza, kfc, suşi, dondurma kimi yeməklər yemək istəyir? Niyə kinoya baxmağa gedəndə pop korn alırlar? İndi bildiniz piylənmələr, artıq çəkilər, bunlarla əlaqədar şəkər xəstələri, xərçəng, infarktlar, insultlar, hipertenziya niyə 70-ci illərdən sonra kəskin artdı? Niyə xəstəxanalar doludu xəstə ilə?
İndi bildiniz niyə arıqlaya bilmirsiz? İndi bildiniz niyə dəfələrlə deyirəm ki, restoranda yox, ancaq ev yeməyi yeyin?
İndi bildiniz niyə deyirəm adi sudan başqa heç nə içməyin?”
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO