Sağlamlıq
Bu kosmetik məhsullar heç bir işə yaramır! - SOS
Müxtəlif krem və kollagenli maska istehsalçıları dərinin elastikliyini və möhkəmliyini bərpa etməyi, qırışları hamarlaşdırmağı və ümumiyyətlə üzü cavanlaşdırmağı vəd edirlər. Ancaq otuz yaşdan sonra qadınlar arasında populyar olan məhsulların effektivliyi çox şübhəlidir.
Publika.az xəbər verir ki, bu barədə dermatoloq, kosmetoloq Tatyana Ballirano Lenta.ru-ya müsahibəsində bildirib.
O, qeyd edib ki, kollagen dərinin strukturunu təşkil edir, ondan bir növ çərçivə əmələ gəlir, onun əsasında skeletimiz və əzələlərimiz qurulur. Dəridə kollagen elastiklik, möhkəmlik və hüceyrələrin yenilənməsindən məsuldur. Həkimin fikrincə, 30-35 yaşdan sonra bu zülalın istehsalı azalır. Bu səbəbdən dəridə qırışlar əmələ gəlir, tonusunu itirir və quruyur. Eyni zamanda, təəssüf ki, təbii kollagenin çatışmazlığını “möcüzəvi kremlər və maskalar”ın köməyilə kompensasiya etmək mümkün olmayacaq. Məsələ burasındadır ki, bu zülal çox böyük molekullara malikdir, buna görə də dəriyə nüfuz edə bilməyəcək və sadəcə səthdə qalacaq.
"Siz başa düşməlisiniz ki, kollagen molekulu zülaldır və təbii ki, yad zülal təbiət qanununa görə dəriyə transdermal yolla nüfuz edə bilməz. Ona görə də krem, kollagenli maska tətbiq edərkən eksklüziv olaraq xaricdən nəmləndirici təsir göstərir. Kollagen dərini nəmləndirəcək, nazik təbəqə yaradacaq, ona görə də vizual olaraq dəri dartılacaq, amma kremi yuyandan sonra bu nəticəni görməyəcəksiniz”, - həkim izah edib.
Eyni zamanda, Ballirano vurğulayıb ki, tərkibində kollagen olan qida əlavələrinin effektivliyinə 100 faiz etibar edilə bilməz. Burada nəzərə almalıyıq ki, zülal bədənə daxil olduqda, həzm fermentlərimiz tərəfindən həzm olunur. Dermatoloqun fikrincə, orqanizmi kollagenlə doyurmağın yeganə yolu amin turşularının daxilə çatdırılmasıdır. Söhbət mezoterapiyadan, biorevitalizasiyadan gedir:
"Evdə mikro iynəli roller köməyinizə gələ bilər. Həkimlər isə amin turşuları, peptidlər, vitaminlər olan serum tətbiq edir. RF də təsirli olur, iynələr birbaşa dəriyə yeridildikdə yüksək tezlikli cərəyan tətbiq olunur ki, bu da fibroblastları stimullaşdırır”.
-
MDB16:00Putin Xameneinin öldürülməsinə belə reaksiya verdi
-
Region15:23Ayətullah Məkarim Şirazi cihad elan etdi
-
Nida Xəbər 15:17İrandan Azərbaycana BƏƏ-nin 6 diplomatik nümayəndəsi təxliyə olundu
-
Yaxın Şərq15:10"Bu tarixi cinayətə sərt cavab veriləcək!" - Pezeşkian
-
Yaxın Şərq14:55ABŞ və İsrail İrana niyə gündüz hücum edib? - Bütün plan Xameneiyə görə dəyişib
-
Nida Xəbər 14:41Ceyhun Bayramov Əraqçiyə Xameneinin və mülki insanların ölümü ilə bağlı başsağlığı verdi
-
ABŞ14:21Görün İlon Mask Xameneinin ölümünə necə reaksiya verdi
-
Yaxın Şərq13:24Netanyahudan çağırış: "Həyatınızı zəhərləyən bu rejimi devirin!"

































.jpg)
.jpg)




