Sağlamlıq
Bu qidalardan istifadə etsəniz...
Müasir insan demək olar ki, hər gün streslə üzləşir. Gərgin iş rejimi, şəhərin səs-küyü, həyatın gətirdiyi digər problemlər və çətinliklər psixoloji durumumuzda əks olunur və mərkəzi sinir sisteminin tənəzzülünə səbəb olur. İnsan hər gün daha çox əsəbi olmağa, tez-tez narahatlıq və qorxu keçirməyə başlayır. Lakin stress depressiyaya və apatiyaya (laqeydlik halı, müəyyən hərəkətlərə meylin, marağın olmaması) çevrilmədən onun öhdəsindən gəlmək çox vacibdir.
Publika.az xəbər verir ki, bu sözləri diyetoloq Kristina Plotnikova "Pravda.ru"ya müsahibəsində deyib. Həkim bir çox qidanın streslə mübarizəni təbii yolla aparmağa kömək etdiyini söyləyib. Onun tərtib etdiyi siyahını təqdim edirik:
Pomidor
Diyetoloqun sözlərinə görə, pomidor tərkibindəki tiramin və fenilalanin maddələrinə görə təbii antidepressantlardan biri hesab olunur. Mütəxəssis izah edib ki, tiramin orqanizmdə xoşbəxtlik hormonu olan serotoninə çevrilən birləşmədir və fenilalanin əhval-ruhiyyə hormonu olan endorfini sabit vəziyyətini saxlayır.
Tünd şokolad
Şirniyyatı sevməyən insana nadir hallarda rast gəlmək olar. Tünd şokolad təkcə dadlı deyil, həm də son dərəcə faydalıdır. Sürtgəcdən keçirilmiş kakao lobyaları stresi yatıraraq anında endorfinləri qaldırır. İnsan əmin-amanlığı və xoşbəxtliyi hiss etməyə başlayır.
Çay
Onun xüsusiyyətləri içkinin komponentlərindən asılıdır. Stresin öhdəsindən gəlməyə kömək edən bir neçə növ var. Yaşıl çay uzun müddət kömək edir, müntəzəm istifadə sinir sisteminin işini sabitləşdirməyə imkan verir, onu gücləndirir, narahatlığı yatırır.
Nanə çayı ağır stresdən sonra rahatlaşmağa kömək edir, sakit yatmağa imkan verir.
Melissa çayı sinir gərginliyini aradan qaldırmağa kömək edən, həmçinin duyğulara nəzarəti itirməməyə kömək edən bir adaptogendir.
Çobanyastığı çayı ruh və bədən üçün təbii sakitləşdiricidir, içki əzələləri rahatlaşdırır, narahatlıq və gərginliyi aradan qaldırır.
Yağlı balıq
Xoşbəxtlik hormonu serotonin bədəndə kifayət qədər miqdarda B vitamini sayəsində əmələ gəlir. Maddə çox miqdarda dəniz balıqlarının yağlı sortlarında olur. Belə qidaların tərkibində sinir hüceyrələrinin işini sabitləşdirən və beynin damarlarını gücləndirən omeqa-3 və omeqa-6 yağ turşuları var. Skumbriya, alabalıq, sardina və halibut stresdən xilas edən təbii vasitələrdir. Lakin qızılbalıq xüsusi diqqətə layiqdir. Bu balıq orqanizmdə kortizol və adrenalinin konsentrasiyasını azaldan, stresə səbəb olan maddələrdən ibarətdir. Həftədə bir dəfə 100 q qızılbalıq yemək lazımdır ki, stresə meylli insanlarda panik atak riskini azaltsın.
Taxıl məhsulları
Taxıllar sinir sisteminə böyük təsir göstərir, çünki onların tərkibində bədəni enerji ilə doyuran kompleks karbohidratlar var. Bərk buğda sortlarından hazırlanmış dənli bitkilər və makaron məmulatlarının müntəzəm istifadəsi ilə stresdən qaçmaq olar. Belə qida mədəyə yük vermir, sakitləşdirir, həmçinin böyük miqdarda B vitamini ehtiva edir. Həmçinin tez-tez yulaf və qarabaşaq yemək tövsiyə olunur. Birinci sıyıq serotonin istehsalına kömək edir, ikincisi isə narahatlığı azaldır.
Aytən Məftun
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO