Sağlamlıq
Pediatrdan valideynlərə xəbərdarlıq: Öskürək əleyhinə sirop alıb...
Hazırda uşaqlar arasında ciddi virus xəstəlikləri yayılıb. Ciddiliyi ondadır ki, tez bir zamanda ağırlaşma ilə rastlaşırıq və antibiotikə ehtiyac qaçılmaz olur.
Publika.az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. Həkimin sözlərinə görə, virus qısa müddətdə yuxarı tənəffüs yollarından aşağı tənəffüs yollarına düşür və bronxiolit, pnevmoniya ilə ağırlaşır.
"Bu da südəmər körpələrdə həyati təhlükə yaradır. Odur ki, özbaşına müalicələr etməyin. Təbii vasitələri yerə qoyun demirəm, amma tək onlarla da kifayətlənməyin. Aptekdən öskürək əleyhinə sirop alıb və müddəti keçirib sonra həkimə müraciət etməyin. Xüsusilə körpə uşaqlara həssas yanaşın.
5 günə təyin edilən antibiotiki üç günə endirməyin. Xəstəxanaya göndərildikdə imtina etməyin. Xəstəxana şəraitində müalicə ilə ambulator müalicənin eyni olmadığını nəzərdə saxlayın" , - mütəxəssis yekunda valideynlərə bildirib.
Aytən Məftun
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)