Sağlamlıq
Uşaqlarda qripin 2 təhlükəli xüsusiyyəti aşkarlandı
Bu epidemioloji mövsümdə uşaqlarda qrip simptomları sürətli inkişaf və ağır intoksikasiya ilə xarakterizə olunur.
Publika.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində pediatr Nataliya Rayt deyib.
"A qripi daha yoluxucudur. Onun yoluxuculuq indeksi 22% təşkil edir. Risk qrupunda bir yaşa qədər kiçik uşaqlar var, çünki onlar bu virusa heç vaxt rast gəlməyib. Həmçinin xroniki xəstəlikləri olan yaşlı insanlar da risk qrupuna daxildir”, - deyə həkim bildirib.
Onun sözlərinə görə, bu gün qrip kovidlə müqayisədə belə ildırım sürəti ilə yayılan xəstəlikdir, həm də xəstənin vəziyyəti sürətlə pisləşməyə başlayır. Odur ki, uşaq birdən özünü pis hiss edə və bir neçə saatdan sonra tamamilə halsız ola bilər.
Pediatr qeyd edib ki, ikinci əlamət intoksikasiyadır. Qripə yoluxan uşaqlar baş ağrısından, əzələ narahatlığından şikayətlənir, içməkdən və yeməkdən imtina edirlər, həmçinin uyuşma və ya həddən artıq oyanıqlıq göstərirlər.
Aytən Məftun
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































