Sağlamlıq
Üç yaşına qədər olan uşaqlara bu meyvəni verməyin
Xurmanın büzücü dadı udma funksiyaları üçün təhlükəli ola bilər. Şəkərli diabetdən əziyyət çəkənlər daha diqqətli olmalıdırlar.
Publika.az xəbər verir ki, bu sözləri "Sputnik" radiosuna müsahibəsində diyetoloq, qastroenteroloq Natalya Sıçeva deyib.
"Udma pozğunluğundan əziyyət çəkən, məsələn, diş xəstəliklərinə görə yeməyi effektiv çeynəyə bilməyən insanlar xurma yeyərkən diqqətli olmalıdırlar. Yaxşı olar ki, üç yaşınadək uşaqlara xurma verilməsin. Çünki onların büzücü dadı udma prosesini pozur. Mədə-ezofagial reflüks və yemək borusunun peristaltikası pozulmasından əziyyət çəkənlərdə xurma koma və ya yeməyin udulmaması hissi yarada bilər. Belə xəstələr xurmanın istifadəsini məhdudlaşdırmmalıdır.
Büzücü dad xurmanın tərkibində yüksək miqdarda tannin sayəsində meydana gəlir. Ağızda sərtlik hissi yarada bilərlər ki, bu da onu udmaqda narahatlıq yaradır. O cümlədəb xurma qanda qlükoza səviyyəsini kəskin şəkildə artıra bilər, odur ki, diabetli insanlar üçün norma 50-200 qramı keçməməli və ya axşam yeməyindən sonra qoz-fındıq ilə birlikdə yeməyə icazə verilir, çərəzlərdəki yağ qanda şəkər səviyyəsinin yüksəlməsini azalda bilər", - həkim bildirib.
Eyni zamanda diyetoloq əlavə edib ki, xurmanın qabığını çıxarmaqla və ya üzərinə qaynar su tökməklə onun büzücü dadından xilas ola, həmçinin meyvəni dondura və ya yeməkdən dərhal sonra ağzınızı yaxalaya bilərsiniz.
Aytən Məftun
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































