Sağlamlıq
30 yaşından yuxarı bütün qadınların buna ehtiyacı var
Bədəndə vitaminlərin, makro və mikroelementlərin hər hansı birinin çatışmazlığı sağlamlığın pisləşməsinə səbəb olur. Xüsusilə 30 yaşdan sonra qadınların əlavə qida mənbələrinə ehtiyacı var.
Publika.az xəbər verir ki, bu sözləri terapevt Yelena Bıstrova Ura.ru-ya verdiyi müsahibədə deyib. Həkim həmçinin qadınların sağlamlığı üçün lazım olan əsas vitaminləri və onların təsirini açıqlayıb.
Vitamin A
Beta-karoten böyümə, hüceyrələrin bərpası, dərinin sağlamlığı, qaranlıqda görmə qabiliyyəti və yumurtalıqların sağlamlığına cavabdehdir. A vitamini çatışmazlığı fonunda dəri quruyur və qalınlaşır, dabanların ətrafında çatlar əmələ gəlir. Eyni zamanda saçlar parlaqlığını itirir.
Vitamin E
Tokoferol hormonal dövrü tənzimləyir, hamiləlik şansını artırır, həmçinin xoşxassəli döş şişinin böyüməsinin qarşısını alır. E vitamini çatışmazlığı olarsa, qan axını pisləşir, üzdə qırmızı ləkələr görünür və həddindən artıq əsəbilik əmələ gəlir.
Vitamin C
Askorbin turşusu qadınların sağlamlığına cavabdehdir: onu qoruyur, bərpa edir və gücləndirir. C vitamini də xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
Vitamin B9
Fol turşusu isə dünyaya sağlam uşaq gətirmək şansını artırır.
B vitaminləri (B1, B6, B12)
Onlar cinsi istəyi bərpa edir, sinir sisteminin və beynin inkişafında iştirak edirlər. Bu qrupun vitaminləri psixo-emosional balansdan məsuldur. Çatışmazlıq kəpəyə, saçların yağlanmasına, göz qapaqlarının qaralmasına, dodaqların yaxınlığında çatların və incə qırışların əmələ gəlməsinə, həmçinin dərinin qurumasına gətirib çıxarır.
Aytən Məftun
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!






































