Sağlamlıq
Həkimdən valideynlərə XƏBƏRDARLIQ: Özəl məktəblər uşaqlara işgəncə verirlər
Uşaq gün ərzində həm dərs oxumalı, həm oynamalı, həm açıq havada olmalı, həftədə 2-3 dəfə isə idmana getməli, ən azı gəzməlidir. Əgər bunları çatdırmırsa, demək, dərslə yüklənib. Dövlət məktəblərində dərs yükü çox deyil, əvəzində valideyinlər 2-3 əlavə dərs hazırlığı ilə uşağı yükləyir. Özəl məktəblər isə öz reytinqlərini artırmaq üçün uşaqları yükləyir. Guya beynəlxalq sistem tədris edirlər, halbuki, heç bir beynəlxalq sistem uşağa bu qədər işgəncə vermir.
Publika.az xəbər verir ki, bu sözləri uşaq endokrinoloqu Nabat Ağayeva-Əlibəyova deyib. Həkim hesab edir ki, valideynlər övladlarını ağır dərslərlə yükləməli deyil.

"Əzizlərim, hər uşağın beyni bir cürdür. Qohum "XXX" liseyində oxuyursa, o demək deyil ki, ora hər uşaq tab gətirə biləcək. Uşağın potensialına uyğun davranmaq lazımdır. Zor tətbiq etməklə olmur, oxumağa nifrət yaranır. Sonra da soruşuruq, bu qədər depressiya hardan peyda olur? Dərs yükü heç bir halda uşaqda savad yaratmır. İcazə verin, övladlarınız uşaqlığını yaşasın. Fiziki sağlamlıq savaddan da önəmlidir", - mütəxəssis qeyd edib.
Aytən Məftun
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































