Sağlamlıq
100 yaşdan yuxarı sağlam insanlar - Ümumi xüsusiyyətləri
Birləşmiş Millətlər Təşkilatı (BMT) 100 yaşdan yuxarı insanların sayında əhəmiyyətli artım müşahidə edib. Belə ki, 1990-cı ildə 100 yaşdan yuxarı cəmi 92 min nəfər var idisə, 2023-cü ildə bu rəqəm 621 minə çatıb.
Publika.az qafqazinfo.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı İspaniyanın Madrid Universitetindən akademik Maria Dolores Merino maraqlı araşdırma edib.
O, 100 yaşdan yuxarı sağlam insanların ortaq xüsusiyyətlərini öyrənməyə çalışıb.
Araşdırmanın nəticəsini təqdim edirik:
1. Həyata davam etmək istəyi
100 yaşdan yuxarı olanların ən xarakterik xüsusiyyətlərindən biri özlərini canlı və enerjili hiss etmək istəyidir. 100 yaşlı qocalar həyata daha uzun davam etmək arzusunda olurlar.
2. Qarşılıqlı ünsiyyətə maraq
Araşdırmalar göstərir ki, 100 yaşdan yuxarı insanlar ümumiyyətlə ictimailəşməyə həvəslidirlər. Onların ailələri və ya dostları ilə yaxın münasibətləri var. Həmin insanlar yeni tanışlıqlara daha açıq olurlar.
3. Fədakarlıq və məqsəd
100 yaşdan yuxarı insanların başqa bir ümumi xüsusiyyəti fədakarlıqdır. Onlar ümumiyyətlə məsuliyyətli və çalışqan insanlardır. Məqsədlərinə çatmaqda qərarlıdırlar. Çətinliklər qarşısında dözümlü olmaq və onlardan təcrübə qazanmaq uzunömürlülüklə birbaşa bağlı ola bilər. Bu, çox vacibdir, çünki çətinliklər onlara davam etməyə imkan verir.
4. Həyata nəzarət
Digər psixoloji ortaq cəhət isə 100 yaşdan yuxarı insanların ümumiyyətlə öz qərarlarını vermələri və həyatlarına nəzarət etmələridir. Onlar müstəqildirlər və həyatlarını istədikləri istiqamətə yönəldə bilirlər. Fərqli imkanlar yaratmaq və hansının doğru seçim olduğuna qərar vermək bu insanlarda görülən ortaq xüsusiyyətlər arasındadır.
5. İntellektual motivasiya
Aktiv beyin, maraq, öyrənmək istəyi və özünüinkişaf... Bunlar tədqiqatçıların 100 yaşdan yuxarı insanlarda müşahidə etdiyi xüsusiyyətlərdir. Onlar dünyada baş verən hadisələrlə maraqlanır və özləri üçün yeni məlumat almağa maraq göstərirlər. Onların əksəriyyəti, sosial təbəqəsindən asılı olmayaraq, həvəsli oxuculardır və öz kitabxanaları var.
6. Pozitiv olmaq
Yaşı 100-dən yuxarı olan adamın "kaş yaşamayaydım" dediyini demək olar ki, heç eşitməzsiniz. Amma 40 yaşlılardan "özünüzü 100 yaşında görmək istəyirsinizmi?" soruşsanız, çoxu "yox" deyəcək. Çünki daha uzun yaşayanlar xırda hadisələrlə əylənməyi bacararaq xoşbəxtdirlər.
7. Anlayış
Bu insanlarda düşünmə, əsaslandırma və problem həll etmək kimi qabiliyyətləri yüksəkdir. Onların davranışlarının çoxu bizi daha dərrakəli olmağa sövq edir.
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar




































