Sağlamlıq
Bu dərmanla arıqlamağın nəticəsi ağır ola bilər
Bir çox məşhurların arıqlamaq üçün istifadə etdiyi 2-ci tip şəkərli diabetin müalicəsində qəbul edilən "Ozempic" (semaqlutid) sağlamlıq üçün böyük risk daşıyır.
Publika.az xəbər verir ki, bu barədə psixoterapevt, Rusiya Tibb Universitetinin eksperti Mixail Qavrilov danışıb. O bildirib ki, onu qəbul etdikdən sonra ağır nəticələrlə qarşılaşa bilərsiniz, odur ki, bu dərmandan tamamilə imtina etmək daha yaxşıdır.
"Bu dərman 2-ci tip şəkərli diabetin müalicəsi üçün yaradılıb, karbohidrat mübadiləsi pozğunluqlarının öhdəsindən gəlməyə kömək edir. Amma estetik məqsədlə sürətli arıqlamaq üçün nəzərdə tutulmayıb. Əgər diabeti olmayan şəxs dərmanı başqa məqsədlər üçün qəbul etməyə başlayırsa, arıqlayacaq, amma nəticəni qoruyub saxlaya bilməyəcək. Həmçinin, piylənmə və şəkərli diabetli insanlarda müalicə bitdikdən sonra çəki geri qayıdır”, - həkim "Kp.ru" saytına müsahibəsində vurğulayıb.
Onun sözlərinə görə, istənilən effekti saxlamaq üçün bu dərmanı daim qəbul etmək lazımdır. Əks təqdirdə, çəkilmə sindromu meydana gələcək və çəki bir il ərzində və ya daha tez qayıdacaq. Bundan əlavə, sağlamlığınız nəzərəçarpacaq dərəcədə pisləşə bilər. Mütəxəssis qeyd edib ki, dərman insulin ifrazına bağlı olaraq qlükoza səviyyəsini azaldır.
Şəxs huşunu itirmə, ürəkbulanma, titrəmə və qarın ağrısı ilə qarşılaşa bilər. Qavrilov əlavə edib ki, mədənin iflici və peristaltikanın ləngiməsi mümkündür. Belə dərmanların təsiri altında tənzimləyici sistemlərin fəaliyyəti pozulur, orqanizm pisləşməyə başlayır və vaxtından əvvəl qocalması prosesi başlayır.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar


































