Sağlamlıq
"Şirin pambıq" satışı qadağan edildi - Xərçəng yaradırmış
Hindistanın Tamil Nadu əyaləti və Puduçerini İttifaqı ərazisi "şirin pambıq" və bir sıra şirniyyatların tərkibində xərçəng əmələ gətirən kimyəvi maddələr aşkar edildiyi üçün satışını qadağan edib.
Publika.az xəbər verir ki, "Livemint" nəşri belə bir məlumat yayıb.
“Mövcud məlumatlara görə, qida analizi laboratoriyası müxtəlif qənnadı məmulatlarında, həmçinin "pambıq konfet"lərində rodamin-b kimyəvi birləşməsini aşkar edib”.
Rodamin-b boyası, xüsusən də tekstil sənayesində, tibbdə, mürəkkəb və kosmetika istehsalında istifadə olunur. Flüoresan xüsusiyyətlərini nümayiş etdirən bənövşəyi-qırmızı boyadır. ABŞ Milli Tibb Kitabxanasının qeyd etdiyi kimi, rodamin-b-nin uzun müddət ərzində qəbulu qaraciyər funksiyasının pozulmasına və ya xərçəngə, qısa müddət ərzində böyük miqdarda məruz qaldıqda isə kəskin zəhərlənməyə səbəb olur.
Satılan məhsulların araşdırılmasından sonra Tamil Nadu əyalətinin səhiyyə naziri Ma Subramanian qida təhlükəsizliyi rəsmilərinə lazımi və sərt tədbirlər görməyi tapşırıq verib.
Tamil Naduda "pambıq konfet" satışına qoyulan qadağa qonşu Puduçerri Birlik Ərazisində də həyata keçirilib.
Birlik ərazisinin leytenant qubernatoru Tamilisai Soundararajan məmurlara "pambıq konfet" satan dükanları yoxlamaq və məhsullarında rodamin-b aşkar edilərsə, məhv edilməsi göstəriş verib. O, uşaqlara “rəng qatqıları olan yeməklər” verməmək barədə də xəbərdarlıq edib.
Cəmilə
-
Enerji11:20Avropanın enerji təhlükəsizliyinin açar ölkəsi: Azərbaycan olmadan mümkün deyil
-
Rəsmi xronika10:23İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
-
Sağlamlıq10:16İsti havada soyuq su içməyin, yoxsa... - Həkim xəbərdarlıq etdi
-
MDB09:26Tokayev-Putin görüşü - Tarix dəyişdi
-
Hadisə08:55Bakıda güclü yanğın - Maşınlara ziyan dəydi
-
Dünya08:37Kiyevə kütləvi hava hücumu: ölü və yaralı sayı artdı - Yeniləndi
-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var






















.jpg)















