Sağlamlıq
Axşamlar bu qidaların birləşməsini yeyin: Nəticə möhtəşəm olacaq
Endokrinoloq, tibb elmləri namizədi Oksana Mixaleva məsləhət görüb ki, şam yeməyində tam zülal və kompleks karbohidratların birləşməsindən istifadə etmək lazımdır.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə "Lenta.ru"ya danışıb. O bildirib ki, zülala gəldikdə, bu, balıq, bişmiş yağsız ət və toyuq əti ola bilər. Ətin çox kalorili olmaması üçün yeməkdən əvvəl toyuğun dərisini soymaq məsləhətdir.
"Qarnir üçün həm çiy, həm də bişmiş, qaynadılmış tərəvəzlərdən istifadə edin. Bu, az miqdarda bitki yağı ilə və ya ümumiyyətlə, yağsız tərəvəz salatı və ya sobada bişmiş tərəvəz ola bilər. Əgər sizdə ödem və ya arterial təzyiqin artması müşahidə olunursa, axşam yeməyinə duz əlavə etməməyə çalışın və görəcəksiniz ki, şişlik keçəcək və təzyiq aşağı düşəcək”, - Mixaleva bildirib.
O, həmçinin bulqur, qarabaşaq yarması, qəhvəyi düyü və quinoa kimi dənli məhsulları tərəvəzlərlə birləşdirməyi məsləhət görüb. Onlar bədəni uzun müddət tox saxlayacaq, həmçinin bədəni vitamin və minerallarla doyuracaq. Şirniyyat ehtiyacınızı meyvə və ya giləmeyvə ilə qarşılaya bilərsiniz. Köklüyə meylli olmayanlara nahardan sonra 25-50 qram zefir, bir parça marmelad və ya marşmallou icazə verilir.
Gün ərzində doyurucu yeməyi sevənlər axşam bir dilim taxıl çörəyi, göyərti və avokado ilə kəsmik yeyə bilər. Yadda saxlayın ki, son yemək yatmazdan iki-üç saat əvvəl olmalıdır ki, bədən bütün prosesləri başa çatdıra və tam istirahət edə bilsin. Düzgün qidalansanız, gecələr yemək istəyi baş qaldırmayacaq.
Aytən
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu













.jpg)
























