Sağlamlıq
Orucu xurma ilə açmaq sağlamlığa ziyandır?
Ramazan ayında orucu açmaq üçün bir çox müxtəlif qidalar tövsiyə edilir. Orucu şorba, su, xurma və ya zeytunla açmağa üstünlük verənlər daha çoxdur.
Publika.az xəbər verir ki, son illərdə həkimlər uzun müddət ac qaldıqdan sonra orucu şirin bir qida ilə, yəni xurma ilə açmağın zərərli ola biləcəyini deyirlər. Ancaq bəzi mütəxəssislər əksinə orucu xurma ilə açmağın çox vacib olduğunu bildirirlər.
Xurma çox yüksək qida dəyəri sayəsində doyurucudur. Həmçinin şirniyyat istəyinin qarşılanmasında rol oynayır. Bu xüsusiyyətləri ilə xurma iftar zamanı ilk üstünlük verilən qidalar arasındadır.
Lif mənbəyi olan xurma insana enerji verir və oruc tutan insanın əvvəlcə qan şəkərini nizamlayaraq yorğunluğunu alır. Ona görə də iftarda xurma ilə oruc açmaq sağlamlıq üçün mühümdür. Xurma ilə iftar etmək ilk mərhələdə toxluq hissi verəcək və daha az yeməyə səbəb olacaq.
Hədis alimi Əbu Davud Məhəmməd peyğəmbərin iftarını bu sözlərlə nəql edib:
“Rəsulullah (s) axşam namazını qılmazdan əvvəl bir neçə ədəd təzə xurma ilə iftar edərdi. Əgər təzə xurma olmasaydı, quru xurma ilə açardı. Quru xurma tapmayanda isə bir neçə qurtum su içərdi”.
Uzun müddətli orucdan sonra qan şəkərini tarazlaşdırmaq, iftarda həddindən artıq yeməyin qarşısını almaq və enerjinizi artırmaq üçün xurma ilə iftar etmək sağlamlıq baxımından faydalı ola bilər.
Lakin xurma kimi şəkərli qidalar həddindən artıq istehlak edildikdə, lazımsız enerji qəbuluna səbəb ola bilər. Bu da çəki artımına gətirib çıxarır.
Yeməyə su ilə başlamaq da bütün gün susuz qalan bədən üçün faydalıdır. (Medicina.az)
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı













.jpg)

























