Sağlamlıq
Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?
Uşağın bəzi gündəlik vərdişləri onun onurğa və qamətində problem olduğuna işarə edə bilər.
Publika.az xəbər verir ki, həkim-osteopat və manual terapevt Dmitri Simkin “Moskva 24”ə açıqlamasında qamət pozuntularının erkən mərhələdə daha asan korreksiya edildiyini bildirib.
Mütəxəssisin sözlərinə görə, valideynlər yeni doğulan uşağın başını daha çox hansı tərəfə çevirdiyinə diqqət etməlidir. Bir tərəfə aşkar üstünlük verilməsi boyun əyriliyinə işarə ola bilər və bu halda həkimə müraciət etmək lazımdır.
Simkin uşağın ilk ayında, daha sonra iki yaşında, bundan sonra isə təxminən hər altı aydan bir həkim müayinəsindən keçməsini tövsiyə edib. Onun sözlərinə görə, uşağın yeriməsi, qaçması, yıxılması və velosiped sürməsi zamanı yaranan mikrotravmalar böyümə dövründə bədənin əyilməsinə və onurğada deformasiyalara səbəb ola bilər.
Həkim qeyd edib ki, bəzi vərdişlər artıq yaranmış qamət pozuntusundan xəbər verə bilər. Məsələn, uşaq çantasını daim bir çiynində daşıyırsa, həmin çiyin digərindən yüksək ola bilər. Ayağını altına qoyaraq oturmaq da bədəndə gərginlik və asimmetrik vəziyyətlə bağlı ola bilər.
Valideynlər uşağı divara söykənərək ayaqüstə durmağa dəvət edib çiyin və kürək sümüklərinin eyni səviyyədə olub-olmadığını yoxlaya bilərlər. Onların hündürlüyündə fərq müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur.
Müəllif: Adəm
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ
-
Ekologiya12:43Leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
-
Rəsmi xronika12:24Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirildi - YENİLƏNDİ






















.png)

















