Sağlamlıq
Ürək xəstəliyinin kişilərdə çox vaxt gözardı edilən əlamətləri - Həkim xəbərdarlıq etdi
Ürəyin işemik xəstəliyi hər zaman sinə ağrısı ilə özünü büruzə vermir. Xüsusilə yaşlı kişilər nəfəs darlığı, qeyri-adi yorğunluq və ürəkbulanma kimi əlamətləri yaşla əlaqələndirərək təhlükəni gözardı edə bilərlər.
Publika.az xəbər verir ki, kardioloq Mey Bakir “Men’s Journal” nəşrinə açıqlamasında ürək xəstəliklərinin diqqətdən kənarda qalan əlamətlərindən danışıb.
Həkimin sözlərinə görə, miokard infarktı keçirən 85 və daha yuxarı yaşlı xəstələrin yalnız 40 faizi sinə ağrısından şikayət edir. 65 yaşdan aşağı xəstələrdə isə bu göstərici 77 faizdir.
Bakir bildirib ki, kişilərin yaşlanmanın adi əlamətləri hesab etdiyi bəzi dəyişikliklər əslində ürək problemlərindən xəbər verə bilər. Bunlara nəfəs darlığı, qeyri-adi yorğunluq, tərləmə, ürəkbulanma və həzmsizliyə bənzər narahatlıq daxildir.
Kardioloq bəzi zahiri əlamətlərin də ürək-damar xəstəlikləri ilə əlaqəli ola biləcəyini qeyd edib. Onun istinad etdiyi araşdırmaya əsasən, kişi tipli keçəllik, qulaq məmələrində qırışlar və göz qapaqlarının dərisində yaranan sarımtıl lövhələr - ksantelazmalar ürəyin işemik xəstəliyi olan və əvvəllər infarkt keçirmiş insanlarda daha çox müşahidə olunur.
Müəllif: Adəm
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
-
Sosial11:44Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib - YENİLƏNDİ
-
Rəsmi xronika10:28MDB bu cür platforma kimi özünü təsdiqləyib
-
Tarix10:12Hataydan Romaya gedərkən batan gəmi tapıldı: Dənizin dibindən 2100 illik sirr çıxdı - FOTO


























.png)












.jpg)