Sağlamlıq
Dil hansı xəstəliklərdən xəbər verə bilər? - Həkim əlamətləri açıqladı
Ağız boşluğunda müşahidə olunan bəzi dəyişikliklər həzm sistemi orqanlarının fəaliyyətindəki pozuntulardan xəbər verə bilər.
Publika.az xəbər verir ki, bu barədə “Atribut” klinikasının stomatoloqu Marqarita Uzakova “Lenta.ru”ya danışıb.
Həkimin sözlərinə görə, dilin səthində yaranan qalın ağ və ya boz ərp xroniki qastritin əlaməti ola bilər. Bu xəstəlik zamanı dil parlaq qırmızı və ya moruq rəngini ala, şişə və hamarlaşa bilər.
Uzakova əlavə edib ki, tüpürcək ifrazının azalması, yumşaq damağın və boğazın qızarması, eləcə də dildə sarı və ya yaşılımtıl-qəhvəyi ərpin yaranması qaraciyər, öd kisəsi və mədəaltı vəzi xəstəlikləri ilə əlaqəli ola bilər.
Həkim həzm sistemi problemlərinin digər göstəricisi kimi “coğrafi dil” adlanan vəziyyəti də qeyd edib. Bu zaman dilin üzərində ağ haşiyəli, hamar qırmızı ləkələr əmələ gəlir.
Bundan başqa, qastroezofageal reflüks xəstəliyi (QERX) də ağız boşluğunda özünü göstərə bilər. Uzakovanın izahına görə, bu xəstəlik zamanı dişlər sarımtıl rəng alır, mina nazilir və kənarlarda şəffaflaşır. Diş minasının üzərində çuxurlar və qopmalar da yarana bilər.
Həkim bu əlamətləri özündə müşahidə edən şəxslərə özbaşına müalicə ilə məşğul olmamağı tövsiyə edib. Onun sözlərinə görə, belə hallarda qastroenteroloqa müraciət etmək vacibdir.
Müəllif: Adəm
-
Nəqliyyat18:48İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Magazin218:24Belə getsə, soyadını daşıyan övladı qalmayacaq - FOTO
-
Rəsmi xronika16:21Prezident onu sədr təyin etdi - Sərəncam
-
Nida Xəbər 16:06Azərbaycan bir yana, dünya bir yana, nə Fələstini? - Özdil
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?

































.jpg)


