Dabanlı ayaqqabılar sinirləri zəiflədir
Bizi izləyin

Sağlamlıq

Dabanlı ayaqqabılar sinirləri zəiflədir

Şotlandiyadakı Edinburq təhsil müəssisəsi tibbi əməliyyatlarla bağlı simpozium keçirib. Tədbirdə getdikcə artan sinir sistemi xəstəlikləri haqqında məlumat verilib. Burada ən çox diqqətçəkən məsələlər sırasında ayaq problemləri də yer alıb. Müzakirəyə səbəb olan ayaq problemlərindən biri də son 10 ildə xüsusilə artan “Morton nöroması” adlandırılan xəstəlik olub. Bildirilib ki, əsasən, ayaqlarda əmələ gələn və əsəblərə güclü təsir göstərən "Morton nöroması” xəstəliyi dabanlı ayaqqabılara daha çox üstünlük verən insanlarda rast gəlinir.

Sinirlərə artıq yük

Mütəxəssislər bu xəstəliyi izah edərək bildirib ki, yüksək dabanlı ayaqqabılarda duruş vəziyyəti ağırlığın ayaqdakı sinirlərə bərabər dağılmasını çətinləşdirir və sinir uclarına daha çox yük düşür. Nəticədə də ciddi zədə alan sinir uclarında yaranmış narahatlıq əhvala da pis təsir göstərir.

Fidan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm