Səhiyyə
Bakıda onikibarmaq bağırsağı qapalı olan uşaq doğuldu
Bakıda onikibarmaq bağırsağı qapalı olan körpə dünyaya gəlib.
Publika.az xəbər verir ki, bu barədə məlumat paylaşan uşaq cərrahı Fuad Hüseynov məlumat verib.
Həkim bildirib ki, 1600 qr çəkisi olan qızı dünyaya göz açan kimi əməliyyat etməyə məcbur qalıblar.
“Bətndaxili USM müayinəsində onikibarmaq bağırsağın qapalı
olması şübhəsi olan körpə
dünyaya gözlədiyimizdən tez gəldi. Başqa klinikada doğulan körpəyə
aparılan müayinələr nəticəsində məlum oldu ki, onikibarmaq bağırsaq
anadangəlmə bağlıdır (Duodenal atreziya). Nəticədə, əməliyyat
olunmasa yediyi qida onikibarmaq bağırsaqdan keçə bilmədiyi üçün
yaşaması mümkün olmayacaqdı. Cərrahi əməliyyat məqsədilə körpə
klinikamıza köçürüldü. Əməliyyat zamanı məlum oldu ki, onikibarmaq
bağırsağın bağlı olmasına səbəb mədəaltı vəzin anormal yerləşib onu
xaricdən sıxmasıdır (Anulyar pankreas)”.
Həkim bildirib ki, 1600 qr çəkisi olan körpə üzərində cərrahi əməliyyat uğurla icra edilərək onikibarmaq bağırsağın keçiriciliyi (duodenoduodenostomiya) bərpa edilib: “Əməliyyatdan sonra körpə Mərkəzi Klinikanın neonotologiya şöbəsinə köçürülüb. Körpə şanslı olduğu üçün bu xəstəliklə doğulan uşaqlarda görülən Doun sindromu, ürək, böyrək problemləri və əməliyyatdan sonra görülən tikilmiş bağırsaq yerindən sızdırma, tikiş xəttində daralma kimi təkrari əməliyyat ehtiyac olan problemlər ondan uzaq olub. Körpə hazırda evlərindədi”.
-
Rəsmi xronika13:06Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika12:01Prezident müşavirə keçirdi - FOTOLAR
-
Sosial11:48İyun ayında 10 gün iş olmayacaq
-
Region11:12Rubio İrəvana gəlir: Ruslara akkreditasiya verilmədi
-
Hadisə10:33Bulvarda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO
-
Sosial09:42QMİ Qurban bayramı ilə bağlı fətva verdi
-
Maraq dünyası09:12Mayın sonuna qədər sərvət qazanacaq - BÜRCLƏR
-
Sağlamlıq07:35Bu vitaminlə bağlı bildiyiniz hər şeyi unudun! - Yeni araşdırmanın nəticələri şok etdi







































