Səhiyyə
"Havaların soyuması yoluxmanın artmasına təsir göstərir" - TƏBİB RƏSMİSİ
“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində - payız-qış mövsümündə yoluxmaların sayında artım ola bilər. Həmin dövrə gəlib çatırıq. Soyuq mövsümü başlayandan sonra yoluxmaların sayı kəskin artır”.
Publika.az xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, elə ölkələr var ki, heç xəstəlik ilk yayılanda bu qədər yoluxma olmamışdı:
“İstər Avropa ölkələri, istərsə Amerika, Brazilyada yoluxma birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti də, səhiyyəsi də çalışır ki, yoluxma artmasın. Sözsüz ki, Azərbaycan da dünyanın bir parçasıdır. Burada da yoluxma sayının artmasına havaların soyuması təsir göstərməkdədir. Soyuq hava yuxarı tənəffüs orqanların işini çətinləşdirir, bütün respirator xəstəlikləri, o cümlədən COVİD-19–da aktivləşir. Digər səbəblər isə özümüzdən asılıdır. Bunu dəfələrlə demişik. Təmasların sayının artması və qorunma tədbirlərinin olmaması yoluxma sayının artmasına gətirib çıxarır. Yoluxma artanda da çox sürətlə artır. Silsilə ilə bu proses artmış olur. Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik. Sosial qaydalara riayyət etməliyik”.
-
Hadisə22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
















.jpg)


















