İmişlidə dezinfeksiya işlərinə diqqət artırılıb - FOTO
Bizi izləyin

Səhiyyə

İmişlidə dezinfeksiya işlərinə diqqət artırılıb - FOTO

İmişlidə koronavirus təhlükəsinin qarşısı alınması məqsədilə dezinfeksiya işləri davam etdirilir. Növbəti dəfə texnikalar vasitəsilə küçə və prospektlər məhlulla yuyulub, yaşayış və inzibati binalar dərmanlanıb.

Publika.az-ın məlumatına görə, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Rəhim Rəhimov bildirib ki, budəfəki dezinfeksiya zamanı şəhərin əsas küçələrində dərmanlama işləri yerinə yetirilib. Xüsusi məhlul vasitəsi ilə yollar yuyulub. Park və meydanlarda da dərmanlama işləri görülüb. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən də profilaktik tədbirlər həyata keçirilir. İdarə müəssisə binaları, eyni zamanda, sakinlərin gediş-gəliş olaraq daha çox istifadəyə etdiyi ərazilər, yaşayış binaları, uşaq bağçaları, ictimai-iaşə obyektləri və digər binalar çiləyici aqreqatlar vasitəsilə xüsusi məhlulla dezinfeksiya olunub. Bu kimi tədbirlərin mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 2000-i ötüb.

Mütəxəssislər karantin rejiminin yumşaldılmasının və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazə verilməsinin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.

Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm