Səhiyyə
COVID-19-un müalicəsində təsirli olan birləşmə KƏŞF EDİLDİ
João Lobo Antunes Molekulyar Tibb İnstitutunun və Kembric Universitetinin alimləri SARS-CoV-2-nin müalicəsində təsirli olan birləşmənin kəşf edildiyini elan ediblər.
Publika.az xəbər verir ki, tədqiqatçıların məqaləsi "ACS Central Science" jurnalında dərc olunub.
Alkaloid piperlongumin (PL) İndoneziya uzun bibərində olur və ənənəvi Asiya təbabətində dərman tərkib hissəsi kimi istifadə olunur. Siçan modelindən istifadə edilən təcrübələr göstərib ki, maddə SARS-CoV-2-nin müalicəsində güclü antiviral təsirə malikdir, ağciyərlərin iltihabını azaldır və xəstəliyin gedişatını ləngidir.
Tədqiqatçılar SARS-CoV-2-nin alfa, delta və mikron variantları ilə yoluxmuş siçanlarda PL müalicəsini sınaqdan keçiriblər və müalicə hər üç halda virus yükünü azaltmaqda təsirli olub. Piperlongumin, həmçinin COVID-19-da virus yükünü azaltdığı bilinən dərialtı antiviral dərman olan plitidepsin ilə də müqayisə edilib.
PL intranazal yolla tətbiq oluna bilər, bu daha yaxşı alternativdir, çünki burun mukozası SARS-CoV-2 infeksiyasının əsas yeridir. PL-nin bu tətbiqi zəhərli deyil və müalicənin yoluxmuş siçanlarda plitidepsinə nisbətən daha təsirli olduğu aşkar edilmişdir.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin edildi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO












.jpg)













.jpg)
.jpg)










