Səhiyyə
ÜST koronavirusla bağlı araşdırmanı dayandırır: Siyasi hadisələr ucbatından
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumatların toplanması ilə bağlı problemlər səbəbindən COVID-19-un mənşəyi ilə bağlı əlavə araşdırmaları dayandırır.
Publika.az bu barədə ÜST ekspertinə istinadla xəbər verir.
Mariya van Kerxovenin sözlərinə görə, dünya təşkilatı araşdırmanı mərhələli şəkildə aparmağı planlaşdırırdı, lakin “plan dəyişib”. ÜST sözçüsü izah edib ki, "dünyadakı siyasi hadisələr həqiqətən də, koronavirusun mənşəyini anlamaqda irəliləyişə mane oldu".
Ona görə də, onun dediyi kimi, “İkinci mərhələ gözlənilmir”.
2021-ci ilin iyulunda ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus SARS-CoV-2 koronavirusunun mənşəyinin öyrənilməsinin ikinci mərhələsinə hazırlıqların getdiyini və təşkilatın Çin hakimiyyət orqanlarından şəffaflıq gözlədiyini söyləyib. Qebreyesus qeyd edib ki, təhqiqatın birinci mərhələsi müəyyən problemlərlə, o cümlədən məlumatlara, “xüsusən də pandemiyanın başlanğıcı ilə bağlı məlumatlara” çıxışla üzləşib.
Ayşən
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO




































.jpg)

.jpg)