İmmunitetimiz QIŞA HAZIRDIRMI? - Mütəxəssislərdən mühüm tövsiyələr
Bizi izləyin

Səhiyyə

İmmunitetimiz QIŞA HAZIRDIRMI? - Mütəxəssislərdən mühüm tövsiyələr

Sentyabrın isti keçən havaları bizi təəccübləndirsə də, qarşıdakı günlərdə temperaturun tədricən aşağı düşməsi gözlənilir. Havaların soyuması isə qrip, soyuqdəymə və koronavirus kimi artıq yayılan xəstəliklərin yayılmasını daha da sürətləndirir. Bəs immunitetimizi qışa hazırlamaq üçün nə etməliyik?

Publika.az mütəxəssislərin bu barədə rəylərini öyrənib:

Səhiyyə Nazirliyinin mütəxxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, fəsildən asılı olmayaraq sağlam həyat tərzi qaydalarına əməl etmək lazımdır.

Təyyar Eyvazov: Qrip - ağır infeksion xəstəlikdir - AZƏRTAC

“Bunun üçün düzgün qidalanmalı, kifayət qədər hərəkətli olmalı, yuxuya lazımı qədər vaxt ayırmalı, streslərdən yayınmalı, zərərli vərdişlərdən imtina edilməlidir. Havaların soyuması ilə əlaqədar immunitetimizdə müəyyən geriləmələrin müşahidə ediləcəyini nəzərə alaraq bu dövrlərdə xüsusilə diqqətli olmalıyıq. Qidada vitamin və mineralların azlığı varsa, onu kompensə etməliyik, havanın temperaturuna uyğun geyinməliyik. Bu dövrdə sağlamlığımıza zərər vura biləcək infeksion xəstəliklər əsasən hava-damçı üsulu ilə yayılan müxtəlif respirator viruslardır. Bu viruslardan qorunmağın yolları universaldır və biz bu qaydaları koronavirus pandemiyası dövründə sınaqdan keçirdik. Hər bir şəxs özünü və yaxınlarını qorumalıdır. Xüsusən də xəstələnən insan ətrafa virusu yaymamaq üçün özünü təcrid etməli, cəmiyyətdən uzaq durmalıdır”.

Professor Adil Qeybullanın fikrincə, koronavirusun omikron ştammının mutasiyaları davam etməkdədir:

Adil Qeybulla ADR-dən istefa verdi

“Bu, təbii ki, ayrı-ayrı ölkələrdə epidemik ocaqlar yaranır. Bununla bağlı olaraq xeyli xəstələnənlər var. O cümlədən də bizdə də var. Çünki Azərbaycan qloballaşan dünyanın tərkib hissəsidir. İnsanlar gəlir-gedir, koronavirus nəfəs və hava-damcı yolu ilə yayılan infeksiya olduğu üçün geniş yayılır. Bədənimiz qışa hazırdırmı? Əlbəttə ki, insanlarda artıq qazanılmış immunitet var, əhalinin böyük hissəsi vaksinasiya olunub, həmçinin yoluxub immunitet qazananları da unutmaq olmaz. Bəli, son vaxtlarda xeyli xəstəlik qeydə alınır, lakin xəstəlik artıq zəif keçir. Virusun yoluxuculuğu yüksək olsa da, ölüdürücülk və ağırlaşdırmaq qabiliyyəti aşağı düşüb. Bütün bunlarla birlikdə nəzərə almalıyıq ki, onkoloji, diabet və otoimmun xəstəlikləri olan insanların səhhəti üçün bu, daha təhlükəlidir. Bu baxımdan xəstələnməmək, immuniteti qorumaq, daha çox vitaminli qidalarla qidalanmaq və payız mövsümündə mövcud olan tənəffüs yollarının digər respirator infeksiyalarında da qorunmaq məsləhətdir”.

Allerqoloq, pulmunoloq Ramin Nərimanın sözlərinə görə, son dövrlərdə yuxarı tənəffüs yollarının infeksiyasının, qripin, koronavirursun artması fəsli xarakter daşıyan bir vəziyyətdir:

Нет описания фото.

“Çünki koronavirus infeksiyasının əvvəllər də belə halları olub. Odur ki, fəsil dəyişməsi ilə əlaqədar olaraq yuxarı tənəssüf yolları xəstəliklərinin olması normaldır. Artıq koronavirus da digər tənəffüs yolları infeksiyaları kimi fəsillə bağlı kəskinlışməsi yarana bilər. Hazırda müşahidə olunan koronavirus infeksiyasına yoluxmalar artsa da, çox hallarda demək olar ki, ağırlaşma, ağciyər zədələnməsi olmur, yuxarı tənəffüs yollarının digər infeksiyası kimi adi tənəffüs yollarının zədələnməsi kimi keçib-gedə bilir. İstər tənəffüs yollarının digər infeksiyaları, istərsə də koronavirusa yoluxmaq immunitetin zəifliyi ilə bağlı olacaq hal deyil. İmmun sisteminin zəifləməsi sıradan olacaq bir vəziyyət deyil. Əksinə yuxarı tənəffüs yollarının infeksiyasına yoluxmaq immun sistemə stimulə edəcək, qıcıqlandıracaq təsir göstərir və nəticədə immun sistemi işlək vəziyyətdə saxlayır, sönməyə qoymur. Bir insanın il ərzində üç-dörd dəfə hər hansı virus infeksiyası, o cümlədən də yuxarı tənəffüs yollarının infeksiyası ilə yoluxması normaldır. Burda hər hansı qeyri-adi vəziyyət yoxdur və immun sistemini artırmaq üçün xüsusi bir tədbir görməyə gərək yoxdur. Gündəlik həyat rejiminə düzgün riayət etmək, yuxu-oyanıqlıq rejiminə, eləcə də normal qidalanmaya riayət etmək, fiziki aktivliyi saxlamaqla ümumiyyətlə, nəinki immun sistemə, bütün orqanizmin digər orqan toxumaların sisteminə də müsbət təsir göstərib öz həyat fəaliyyətimizə normal davam edə bilirik.

Son dövrlərdə artan koronavirus, eləcə də digər virus infeksiyaları üçünsə narahat olacaq ciddi bir vəziyyət yoxdur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm