Səhiyyə
Yuxu pozası və yastıq üzü - Saç tökülməsi riskini hansı daha çox artırır?
Saç əkilməsi üzrə ixtisaslaşmış cərrah Roksana Moyyer və trixoloq Ernesta Malinauskaite yuxuda müəyyən bir pozada yatmaq səbəbindən saç tökülməsi riskini qiymətləndiriblər.
Publika.az xəbər verir ki, onlar “Yahoo” ilə söhbətdə 2026-cı ilə aid müvafiq tədqiqatı şərh ediblər.
Moyyerin sözlərinə görə, keçəlləşməsi olan kişilərin yatdıqları tərəfə uyğun olan baş nahiyəsindən daha çox saç itirdiklərini göstərən tədqiqat dəqiq deyil. O xatırladıb ki, insanlar tez-tez kürəyi üstə yatırlar, məhz bu zona kişilərdə demək olar ki, keçəlləşmir və transplantasiya üçün saçlar məhz buradan götürülür. “Bundan əlavə, saçların böyüməsini dayandıracaq dərəcədə follikulyar qan axınını kəsmək üçün tələb olunan güc başın yastığa sıxıldığı gücdən qat-qat çoxdur”, – deyə həkim izah edib.
Öz növbəsində, trixoloq Malinauskaite diqqətə çatdırıb ki, pambıq yastıq üzünün yaratdığı sürtünmə saçların sağlamlığına pozadan qat-qat çox təsir edir.
“Saçları güclü zədələnmiş, keyfiyyətsiz saç kondisionerindən istifadə edən və başı yaş halda yatmaq vərdişi olan insanlar yastıq və yastıq üzü ilə bağlı zədələnmələrə daha çox məruz qala bilərlər”, - deyə o izah edib.
Hüseyn İbadlı
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj











.png)





















