Səhiyyə
Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
Gənc yaşda insult tez-tez gözlənilməz hadisəyə çevrilir, lakin bir sıra hallarda ondan əvvəl risk faktorlarının uzunmüddətli təsiri baş verir.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində “ASS Medikal” klinikasının baş həkimi, həkim anestezioloq-reanimatoloq, onkoloq-ximioterapevt Sergey Astafurov məlumat verib.
O, damarların vəziyyətini tədricən pisləşdirən və beyin qan dövranının pozulması ehtimalını artıran gündəlik vərdişlərdən danışıb.
“Ən əhəmiyyətli faktorlardan biri siqaret çəkməkdir. Nikotin damarların daralmasına və arteriya təzyiqinin yüksəlməsinə təkan verir, tütün tüstüsünün digər komponentləri isə damar divarını zədələyir və tromb yaranması riskini artırır. Bununla yanaşı, təhlükəni yalnız adi siqaretlər yaratmır: nikotinin çatdırılması üzrə elektron sistemlərin istifadəsi də ürək-damar sistemi üçün təhlükəsiz deyil”, - deyə Astafurov bildirib.
Həkim qeyd edib ki, daha bir geniş yayılmış problem azhərəkətli həyat tərzidir:
"Uzun müddət oturmaq və fiziki fəallığın çatışmazlığı piylənmənin, arterial hipertenziyanın və karbohidrat mübadiləsi pozuntularının inkişafına şərait yaradır. Bütün bu vəziyyətlər, o cümlədən gənc yaşda insult riskini artırır.
Xroniki yuxusuzluq və mütəmadi olaraq spirtli içkilərdən həddindən artıq istifadə mənfi təsir göstərir. Yuxunun qeyri-kafi müddəti hipertoniya və metabolik pozuntuların yüksək riski ilə əlaqəlidir, həddindən artıq alkoqol qəbulu isə təzyiqin qalxmasına və ürək ritminin pozulmasına təkan verə bilər.
Həkimin sözlərinə görə, yüksək arterial təzyiqə məhəl qoymamaq vərdişini xüsusi olaraq qeyd etməyə dəyər:
"Çoxlu gənc insan hipertoniyanı yalnız yaşla bağlı xəstəlik hesab etdiyi üçün illərlə təzyiqini ölçmür. Lakin məhz yüksək təzyiq insultun əsas dəyişdirilə bilən risk faktorlarından biri olaraq qalır.
"Anlamaq vacibdir ki, insult həmişə həyat tərzinin nəticəsi olmur. Gənc pasiyentlərdə onun səbəbləri ürək xəstəlikləri, qanın laxtalanma pozuntuları, damar patologiyaları və digər vəziyyətlər də ola bilər. Məhz buna görə də profilaktika yalnız zərərli vərdişlərdən imtina etməyi deyil, həm də xəstəliklərin vaxtında aşkar edilməsini əhatə etməlidir".
Hüseyn İbadlı
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi



































