Geniş yayılmış xərçəng növünə qarşı peyvənd hazırlandı
Bizi izləyin

Səhiyyə

Geniş yayılmış xərçəng növünə qarşı peyvənd hazırlandı

Geniş yayılmış xərçəng növünə qarşı peyvənd hazırlandı

Mədəaltı vəzi xərçənginə qarşı eksperimental vaksin müalicə kursu keçmiş xəstələrin təxminən 99 faizində immun cavab yaradıb.

Publika.az “Nature Medicine” jurnalında dərc olunana tədqiqat nəticələrinə istinadla xəbər verir ki, Mayo Klinikasının mütəxəssislərinin rəhbərlik etdiyi alimlər bu qənaətə gəliblər.

Mədəaltı vəzi xərçəngi ən aqressiv onkoloji xəstəliklərdən biri hesab olunur. Hətta əməliyyat və kimyaterapiyadan sonra belə şiş yenidən yarana bilər. Bununla yanaşı, xəstəliyin ən geniş yayılmış formasına yoluxanların təxminən 90 faizində xərçəngin inkişafına şərait yaradan KRAS geninin mutasiyaları aşkar edilir.

Alimlər immun sistemini KRAS geninin geniş yayılmış yeddi mutasiyasını tanımağa və bu mutasiyaları daşıyan şiş hüceyrələrinə hücum etməyə öyrədən camupepimut vaksinini hazırlayıblar.

Klinik sınaqların ikinci mərhələsində əvvəllər əməliyyat və kimyaterapiya keçmiş 144 xəstə iştirak edib. Tədqiqat başlayanda onların heç birində şişin görünən əlamətləri olmayıb. Xəstələrdən 96-sına vaksin vurulub, qalan 48 nəfər isə nəzarət qrupuna daxil edilib.

İmmun cavabını qiymətləndirmək mümkün olan 90 xəstənin 98,9 faizində vaksinasiya sonrası mutasiyaya uğramış KRAS-a qarşı T-limfositlərin aktivliyi artıb. İştirakçıların 80 faizindən çoxunda bu göstərici doqquz dəfədən artıq yüksəlib.

Əlavə təhlil göstərib ki, daha güclü immun cavab xəstəliyin əlamətləri olmadan keçən daha uzun müddətlə müşayiət olunub. Bununla belə, tədqiqatçılar hələlik qruplar arasında residivsiz sağqalma müddəti baxımından statistik cəhətdən əhəmiyyətli fərq aşkar etməyiblər.

Müəlliflər nəticələri ümidverici hesab edirlər. Çünki vaksin şişin inkişafında əsas rol oynayan mexanizmlərdən birinə qarşı immun müdafiəsini aktivləşdirə bilib. Növbəti mərhələdə vaksinin üçüncü faza sınaqlarının keçirilməsi planlaşdırılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm