Sosial
Həcc ziyarətinin qiymətləri qalxır
Hazırda bütün dünya qlobal iqtisadi böhranın təsirləri altındadır. Bu məqamda Səudiyyə Ərəbistanın büdcəsində yaranan kəsirləri ziyarət və viza qiymətlərinin qalxması ilə dolduracağı istisna edilmir. Xüsusilə neftin qiymətlərinin enməsi buna birbaşa təsir edən amillərdəndir. Bir çox ekspertlər qiymətlərin qalxmasından sonra Həcc ziyarətinə gedənlərin sayının kəskin azalacağını da bildirir.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq
əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Modern.az-a açıqlama
verib. QMİ rəsmisi qiymət artımı ilə bağlı müzakirələrin əbəs
olmadığını bildirib:
“Məndə olan məlumata görə, Səudiyyə Ərəbistanı Ümrə ziyarəti üçün
müəyyən olunan qiymətləri 500 dollar bahalaşdırıb. Bu üzdən də Həcc
ziyarətinin də qiymətinin bahalaşacağı gözləniləndir. Hər halda
indidən konkret nə isə demək çətindir. Buna görə bir qədər gözləmək
lazımdır”.
QMİ-nin məlumatına görə, 2016-cı ildə Həcc ziyarətlərinin qiyməti
gündə iki dəfə yemək verilən və komfortu az olan otellərdə qalanlar
üçün 3500 dollar, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli
olan otellərdə qalmaq istəyənlər üçün isə 4500 dollar təşkil
edib.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1050 zəvvar gedib. Onlardan 60 faizi kişi, 40 faizi qadınlar olub. Bu il ən yaşlı zəvvarın 83, ən gəncinin isə 14 yaşı olub.
2015-ci ildə Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub. Builki limit ötənilkindən az - 1500 nəfər planlaşdırılmışdı. Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı









.jpg)




.jpg)








.jpg)












