Ermənilərin yaraladığı qadınla bağlı bu gün QƏRAR VERİLƏCƏK
Bizi izləyin

Sosial

Ermənilərin yaraladığı qadınla bağlı bu gün QƏRAR VERİLƏCƏK

Ermənilərin yaraladığı qadınla bağlı bu gün QƏRAR VERİLƏCƏK

Ötən gün ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın vəziyyəti ilə bağlı bu gün konsilium keçiriləcək.

Bu barədə Publika.az-a açıqlamasında Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, döş qəfəsində çoxsaylı qəlpə yaraları olan, süd vəziləri travmatik zədələnən qadının vəziyyəti stabildir:

“Hazırda onun müalicəsi hospitalda davam etdirilir. Onun bizim xəstəxanaya köçürülməsi üçün konsilium keçiriləcək. Bundan sonra qərar veriləcək. Vəziyyəti stabil olsa da, çoxsaylı qəlpə yaraları alması, qan itirməsi və travma almasını nəzərə alaraq onun Mərkəzi xəstəxanaya köçürülməsinə tələsmirik. Çünki onu hərəkət etdirmək qanaxmaya səbəb ola bilər”.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm