Sosial
Uşaq yeməklərində VİRUS TƏHLÜKƏSİ - Şirkət HƏRƏKƏTƏ KEÇDİ
Fransanın məşhur “Lactalis” şirkəti salmonella virusu qorxusu ilə bəzi uşaq südü məhsullarını geri qaytarıb.
Publika.az xəbər verir ki, məhsulların geri qaytarıldığı ölkələr arasında İngiltərə, Çin, Pakistan, Banqladeş, Sudan da yer alır. Geri qaytarılan yüzlərlə uşaq məhsulu dünya miqyasında “Milumel”, “Picot” və “Celi” kimi adlarla satışa çıxarılıb.
Ölkə mətbuatına bu barədə açıqlama verən şirkət rəsmisi Mişel Nalet 7000 ton məhsula virus bulaşmış ola biləcəyini deyib:
“Hələ ki, bu məhsulların nə qədərinin istifadə edildiyi və ya satışa çıxarılması barədə dəqiq məlumat yoxdur”.
Qeyd edək ki, "Lactalis" məhsullarına salmonellanın Fransanın şimal qərbindəki Craon qəsəbəsindəki bir fakrikdən yolxuduğu iddia olunur. Fevral ayından bu vaxta qədər bu fabrikdə istehsal edilən bütün məhsullar geri qaytarılıb və fabrik dezinfeksiya edilib.
Bu virusun qida zəhərlənməsi, ishal, mədə ağrıları, qusma kimi əlamətləri var. Heyvanların bağırsaqlarında yaranan virusa yoluxanlarda müşahidə edilən su itkisi onu uşaqlar və qocalar üçün daha təhlükəli edir.
Gülxar
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu