Sosial
Metroda bunu etmək QADAĞANDIR!
Avtobuslarda, dayanacaqlarda dilənçilik edən insanları görməyə öyrəşsək də, metroda bu kimi hallarla rastlaşmağa alışmamışıq. Lakin son günlərdə, metro stansiyaların ətrafında, bəzən də qatarlarda insanların dilənçilik etdiyinin şahidi oluruq. Onların arasında xüsusilə azyaşlı uşaqlar diqqət çəkir. Bəs görəsən qanunla metropolitendə bu kimi hallara yol verilirmi?
Publika.az məsələyə münasibət öyrənmək üçün Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ilə əlaqə saxlayib.
O açıqlamasında belə hallara qətiyyən yol verilmədiyini bildirib:
"Metropoliten əməkdaşları bu kimi halların qarşısını alır. İstər metronun giriş-çıxışlarında, istər stansiyalarda, istərsə də qatarların içərisində bu kimi fəaliyyətlə məşğul olmaq qəti qadağandır. Bəzən elə bir geyimli şəxs yaxınlaşıb sərnişinlərdən pul istəyir ki, ilk baxışda onun dilənçilik etmək üçün əraziyə gəldiyini anlamaq olmur. Çünki metroya tamamilə normal geyimdə daxil olur. Lakin bütün bunlara baxmayaraq metropoliten işçiləri ilə yanaşı, eyni zamanda polis əməkdaşları da şübhəli şəxslər gördükdə dərhal vəziyyətə müdaxilə edirlər. Həmin şəxslər həmin an ərazidən uzaqlaşdırırlır. Ümumiyyətlə metroya daxil olan şəxslər əməkdaşlarımızın yoxlamasından keçir. Hələ ki sərnişinlərdən bu istiqamətdə şikayət daxil olmayıb. Sizin qeyd etdiyiniz şəxsin kim olduğunu bilmirik, amma bütün sərnişinlərimizdən rica edirik ki, bu kimi hallarla qarşılaşdıqlarında mütləq şəkildə metropoliten işçilərinə və ya polis əməkdaşlarına məlumat versinlər".
Könül Cəfərli
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO






























.jpg)

