Sosial
Məcburi əmək və insan alverinə qarşı seminar - FOTOLAR
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti
tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq əmək
qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə
keçirilən növbəti seminar “Məcburi əmək və insan alverinin
qarşısının alınması” mövzusuna həsr olunub.
Publika.az xəbər verir ki, xidmətin 2 saylı region üzrə
Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə xidməti
ərazisində fəaliyyət göstərən ayrı-ayrı işə götürənlərin iştirakı
ilə keçən seminarda məcburi əməyin qanunla qadağan olunduğu
vurğulayıb.
Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının “Mәcburi әmәk һaqqında”
29 saylı Konvensiyasına qoşulduğu, bu sənədlərdən irəli gələn
prinsiplərin milli qanunvericilikdə də əksini tapdığı diqqətə
çatdırılıb.
A. Bayramzadə bildirib ki, Azərbaycan Respublikasının
Konstitusiyasına görə, heç kəs zorla işlədilə, əmək müqaviləsi
bağlamağa məcbur edilə bilməz.
Bu konstitusion prinsip milli əmək qanunvericiliyində də əksini
tapıb. Azərbaycan Respublikasının Əmək Məcəlləsində deyilir: “Hər
hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə
xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil
olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır.
İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər”.
Bununla belə, Məcəllədə yalnız hərbi və ya fövqəladə vəziyyətlə
əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə
minmiş məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət
orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə məcburi
əməyə yol verildiyi qeyd olunur.
Seminarda məcburi əməyə cəlb etmənin insan alveri cinayəti ilə
əlaqəsindən də bəhs olunub. Məcburi əməyin insanların istismarının
bir forması olduğu, insan alverinin də çox zaman məcburi işlərə
cəlb etmək, istismara məruz qoymaq məqsədi daşıdığı bildirilib.
Həmçinin, məcburi əməyin qarşısının alınması yönündə Dövlət Əmək
Müfəttişliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə
Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən insan
alveri qurbanlarının və potensial insan alveri qurbanlarının sosial
reabilitasiyası, zəruri yardımlarla təmin edilmələri yönündə
görülən işlər diqqətə çatdırılıb.
Seminarda tədbir iştirakçılarının sualları da cavablandırılıb,
onlara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanıb.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

