Sosial
Metroda AXC-nin 100 illiyə həsr olunan fləşmob - VİDEO
Bakı metropolitenində növbəti sosialyönümlü aksiya, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə sərnişinlərə bayraqlar paylanıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir. Həmçinin dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.
Xalq Cümhuriyyətinin yubileyinə "Bakı Metropoliteni" QSC-də də özünəməxsus və qeyri-adi şəkildə hazırlaşıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında maraqlı fləşmob keçirilib. Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra isə fləşmob iştirakçıları həmin şeirin digər bəndlərini səsləndiriblər.
Fləşmob ulu öndərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin sürəkli alqışına səbəb olub.
Könül Cəfərli
-
Magazin106:16Məşhur model 31 yaşını bağ evində qeyd etdi - FOTO
-
Magazin104:44“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
İdman04:30"Real" səfərdə "Valensiya"nı darmadağın etdi
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO






























.jpg)

