Sosial
Nazir Cocuq Mərcanlıda: 25 ildən sonra bir ilk yaşandı - FOTO
Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 5-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, nazir İnam Kərimov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib.
Cocuq Mərcanlıya gələn İnam Kərimov kənd sakinləri ilə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb, arzu və təkliflərini dinləyib. Nazir bildirib ki, Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq nazirliyin nümayəndələri, mütəxəssisləri fermerlərlə, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar ilə görüşlər keçirir.
“Dövlət başçısının tapşırığı ilə Cocuq Mərcanlıda qısa müddətdə müasir, bütün infrastruktura malik qəsəbə salınıb. Kəndin inkişafı üçün əsas istiqamətlərdən biri burada aqrar fəaliyyətin genişlənməsidir. Sakinlərin məşğulluğunun təmin edilməsi başlıca hədəflərimizdəndir. Bugünkü görüşümüzün məqsədi də sakinlərin qayğılarını dinləmək və fəaliyyətimizi buna uyğun qurmaqdır. Cocuq Mərcanlı sakinlərinə aqrar sahədə daim dəstək verib, qayğı göstərməliyik” - deyə, nazir bildirib.
İnam Kərimov Cocuq Mərcanlıda ayrılan pay torpaqlarının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların, həmçinin gübrə və toxumların Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əvəzsiz təmin ediləcəyini bildirib. Nazir qeyd edib ki, hazırda Cocuq Mərcanlıda 33 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatı naziri rəhbərlik etdiyi qurumun nəinki səpin prosesində, həmçinin məhsul istehsalının bütün mərhələlərində, problemlərin həllində fermerlərin, kənd sakinlərinin yanında olacağını əlavə edib. Nazir bildirib ki, fermerlər həm texnika ilə təmin ediləcək, həm də onlara məhsuldarlığın artırılması üçün məsləhət xidməti göstəriləcək.
İnam Kərimov Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq həyata keçirilən qarğıdalı səpinində iştirak edib.
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır
-
Dünya12:21Makron İrəvanda mahnı oxudu, Paşinyan baraban çaldı - VİDEO
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü




























.png)

.jpg)




