Sosial
Azərbaycanda bu şəxsləri 7 min manatadək cərimə gözləyir
Dərman vasitələrinin daşınması və saxlanması qaydalarını pozanlar cərimələnəcək.
Publika.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
Qanun layihəsi barədə millət vəkili Azay Quliyev məlumat verib.
O bildirib ki, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə cərimə edilir.
Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bu xəta inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Gülxar
-
Hadisə01:20Moskvada azərbaycanlı ər arvadını xilas edərkən yanıb öldü
-
İdman17 Noyabr 23:35Futbolçular arasında kütləvi dava: Polis bibər qazı tətbiq etdi - FOTO
-
Kriminal17 Noyabr 22:58Milyonluq mülklər, surroqat ana, əcnəbi dayələr... - Bakıda lüks həyat yaşayan cütlük məhkəmədə
-
Dünya17 Noyabr 21:49Mədinədə dəhşətli qəza: 45 zəvvar öldü - VİDEO
-
Avropa17 Noyabr 21:00Onlayn mağazadan dərman alan 27 nəfər öldü
-
İKT17 Noyabr 20:50Azərbaycanda "WhatsApp" istifadəçilərinə XƏBƏRDARLIQ
-
MDB17 Noyabr 20:20"Qiyamət radiosu"ndan NATO ölkəsi barədə sirli mesaj
-
Sosial17 Noyabr 20:10“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi








.jpg)



.jpg)























