Sosial
Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub? - VİDEO
2025-ci il avqust ayının 22-də Binəqədi rayonu, Binəqədi şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 19 yaşlı Xaliv İbrahimovun ailəsi baş verənlərlə bağlı bir sıra məqamları "Baku" TV-yə açıqlayıb.
Ailənin sözlərinə görə, "Kəpəz Hospital"a məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü Şahin Mustafayev içəridə xəstə olmadığı halda xüsusi işıq siqnallarını yandıraraq yola çıxıb. Bu zaman kuryer kimi çalışan motosiklet sürücüsü Xaliv İbrahimovu vurub. Yaralı hadisədən sonra elə həmin təcili tibbi yardım maşını ilə "Kəpəz Hospital"a aparılıb.
Ailə iddia edir ki, gəncin ölümünə təkcə qəza deyil, həm də həkim səhlənkarlığı səbəb olub.
Mərhumun anası Hicran İbrahimova bildirir ki, oğlunu başqa xəstəxanaya aparmaq istəsələr də, buna icazə verilməyib:
"Dedilər ki, bizim xəstəxananın işçisi vurub, ona görə də təmənnasız xidmət göstərəcəyik. Çanağının qırıldığını, ayağının isə sındığını bildirdilər. Səhər əməliyyat olunacaqdı, amma həkim başqa əməliyyatda olduğu üçün oğlumun əməliyyatını saat 11-ə saldılar. Bir saat keçməmiş xəbər verdilər ki, həyatını itirib. Həkimlər uşağımı öldürdülər. Sağalda bilərdilər, heç olmasa, əlil qala bilərdi. Dedim, uşağıma baxın, qanın içində çabalayırdı, amma baxmadılar".
Daha ətraflı videomaterialda:
-
Dünya03:43İranın Oman körfəzində gəmisi qalmadı - Hamısı batırıldı
-
ABŞ02:19Trampa nə olub? - Boynundakı qızartı diqqət çəkdi
-
Qoroskop01:40Günün qoroskopu: köhnə borclar və ya unudulmuş ödənişlər gündəmə gələcək
-
İnanc00:15Bu gün Od çərşənbəsidir
-
ABŞ2 Mart 20:36Böyük dalğa hələ başlamayıb - Trampdan İrana xəbərdarlıq
-
Dünya2 Mart 20:24Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu
-
İnanc2 Mart 19:40Ramazanın 13-cü gününün duası - İftar və imsak vaxtları
-
Region2 Mart 18:20Xameneinin həyat yoldaşı da öldü - Foto










.jpg)





.jpg)












.jpg)





