Sosial
“ASAN xidmət”dən yeni il üçün FƏRQLİ AKSİYA
"ASAN xidmət” Mərkəzlərində “Daha yaşıl illər üçün” adlı aksiya başlanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərində vətəndaşların bəzəməsi üçün fərqli şam ağacları quraşdırılıb. Xidmət aldıqdan sonra vətəndaşlar öz növbə biletlərini şam ağaclarının budaqlarına asacaqlar və aksiya iştirakçıları yaşıl gələcək üçün çağırış etmiş olacaqlar. Asılmış bütün kağızlar sonda təkrar emala qaytarılacaq.
Yanvarın 10-dək davam edəcək layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır.
Xatırladaq ki, “ASAN xidmət”in "Yaşıl ASAN" təşəbbüsü çərçivəsində 1000 ton kağız təkrar emala qaytarılıb. Bu isə 17 min ağacın təbiətə qaytarılması deməkdir.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur












.jpg)





















.jpg)
.jpg)

