Sosial
Azərbaycana gətirilən 31 ton məhsulda göbələk AŞKARLANDI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən Özbəkistandan Azərbaycana idxal edilən 31 ton quru üzümün də ekspertizaya cəlb edilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib. Laborator müayinələr nəticəsində məhsuldan götürülmüş nümunələrdə kif maya göbələyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən sahibkara kif maya göbələyinə yoluxan məhsulun termiki emaldan keçirilməsi tövsiyə olunub.
Odur ki, adıçəkilən məhsulun bir hissəsi termiki emaldan keçirilib və ondan təkrar nümunə götürülüb. Təkrar müayinələr nəticəsində termiki emaldan sonra məhsulda kif maya göbələyi aşkarlanmayıb və quru üzümün normativ texniki sənədlərin tələblərinə uyğun olduğu müəyyən edilib.
Kif maya göbələyi bakteriyalar kimi əlvərişli şəraitlərdə sürətlə inkişaf edərək insan sağlamlığı üçün təhlükə yaradır.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam qida ilə təminatı istiqamətində mütəmadi tədbirlər həyata keçirir və bu tədbirlər bundan sonra da davam etdiriləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
