Sosial
6 vəkillə bağlı qərar qəbul edildi
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib.
Kollegiyadan Publika.az-a verilən məlumata görə, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 22.02.2018-ci il tarixli sərəncamının tarixi əhəmiyyəti, onun Azərbaycan vəkilliyinin inkişafına verdiyi təkan və sənədin bu gün Azərbaycan vəkilliyinin intibahındakı rolu barədə fikirlərini bölüşüb, hazırda Kollegiyanın regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi üzrə aparılan işlər, yaxın günlərdə ASAN xidmət mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili üzrə vəziyyət, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinin təşkili, sənəd qəbulu prosesinin hazırki vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.
Həmçinin iclasda “Hüquqi yardım və tədris mərkəzi”nin yaradılması məsələsinə baxılıb, qeyd olunan məsələ ilə bağlı müsbət qərar qəbul edilib, təşkil olunacaq Komitəyə Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.
Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub. Belə ki, Bakı şəhərində fəaliyyət göstərəcək “Entilex Law Group” və Sumqayıt regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib, başqa vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.
İclasda vəkillər barəsində başlanılmış 39 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, üzrlü səbəb olmadan üzvlük haqqının 6 aydan artıq müddətə ödənilməməsi səbəbilə 2 vəkilin fəaliyyətinin dayandırılaraq üzvlükdən xaric olunması üçün məhkəməyə müraciət olunması barədə qərər qəbul olunub.
Həmçinin 2 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib, 27 iş üzrə isə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib, 6 intizam işi üzrə isə əlavə araşdırma aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılanadək təxirə salınıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)




















.jpg)
.jpg)





