Sosial
Bütün bunlar Prezidentin diqqətinin nəticəsidir - Millət vəkili
“Ordunun gücü yalnız silah-sursatın çox olması ilə ölçülmür, ordunun gücü həm də əsgər, zabitlərə qayğı-diqqətlə əlaqədardır. Azərbaycan dövləti hər zaman orduya yüksək diqqət göstərir”.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Millət vəkili bildirib ki, orduya qayğı göstərilməsi ilə bağlı ulu öndər tərəfindən əsası qoyulan siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:
“Bütün aztəminatlı ailələr, xüsusən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri hər zaman dövlət və dövlət başçısının diqqət mərkəzindədir. Dövlət başçısı bütün tədbirlərdə hökumət üzvləri, dövlət məmurlarına bu məsələdə həssas olmaq tapşırığını verir. Şəhid ailələri, Qarabağ əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması, hərbiçilərə olan qayğı, onların mənzillə təminatı kimi addımlar cənab Prezidentin diqqətinin nəticəsidir. Bu belə də olmalıdır. Ordumuz, hərbçilərimiz hər zaman yüksək səviyyədə təmin olunmalıdırlar. Ordusunun təminatı yüksək səviyyədə olan dövlətin təhlükəsizliyi, təminatı da yüksək olacaq. Dövlətimizin təhlükəsizliyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbçilərimizin ehtiyacını ən yüksək səviyyədə təmin etməliyik, onlara qayğı, diqqət göstərməliyik”.
Millət vəkili deyib ki, orduya göstərilən bu diqqət nəticəsini verir:
“Orduya diqqət olmasaydı, beynəlxalq təşkilatların reytinq cədvəlində Azərbaycan Ordusu dünyanın ən nüfuzlu 50 ordusu sırasına daxil olmazdı, çox uğurlu Aprel döyüşlərini keçirə bilməz, Naxçıvanda xeyli əraziləri düşməndən azad edib, yüksəkliklərə nəzarəti ələ götürə bilməzdik. Bu gün Naxçıvan ordusunun mövqeyi ilə İrəvan şəhəri arasında 50-60 km məsafə var. Bu da ordumuzun gücü, möhkəmlənməsindən xəbər verir. Bu gün Azərbaycan öz ordusunu təmin etməklə yanaşı dünyanın bir çox ölkələrinə silah-sursat ixrac edir. Bunlar hamısı orduya, müdafiəyə dövlət başçısı tərəfindən göstərilən qayğının nəticəsidir”.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan

























.jpg)









