Sosial
Abşeronda yeni arxeoloji kəşf: Balaxanı Qırməki paleolit düşərgəsi
Ötən ilin dekabr ayında Abşeron rayonu Balaxanı və Məhəmmədi qəsəbələri arasında, Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olunub.
Bu barədə Publika.az-a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib. İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərlik etdiyi “Abşeron arxeoloji ekspedisiyası”nın bölgədə apardığı kəşfiyyat işləri zamanı aşkarlanan alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir.
Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanmışdır. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir.
Materialların ilkin müqayisəli təhlili mütəxəsssilər tərəfindən aparılıb və ilkin rəyə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür.İdris Əliyevin bildirdiyinə görə, geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərmişdir. Son tapıntılar isə, paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.
Abidədə və ətraf ərazidə arxeoloji kəşfiyyat və tədqiqat işlərinin aralıq verilmədən başlanılmasına böyük ehtiyac var. Heç şübhəsiz ki, Binəqədi və Balaxanı qəsəbələri arasında olan ərazilərdə, xüsusilə, Binəqədi Qırgölü ətrafındakı ərazilərin daha diqqətlə tədqiq olunması bölgədə bu dövrə aid məskunlaşma probleminin daha dəqiq öyrənilməsinə səbəb olacaq.
Qeyd edək ki, XX-ci əsrin 30-cu illərindən Abşeronda paleolit dövrü abidələri barəsində olan məlumatlar, bu dövrə aid ayrı-ayrı təsadüfi tapıntılar əsasında arxeologiya elmində müxtəlif rəylər yer almışdı. Bu tapıntılar Zığ, Binəqədi qəsəbələri yaxınlığında Y.Paxomov, İ.Cəfərzadə kimi tədqiqatçıların diqqətini cəlb etmiş, onlar bu haqda öz fikirlərini söyləyiblər.
Paleolit dövrünə aid tapıntıların azlığı və bölgədə bu dövrə aid məskənlərin aşkar olunmaması səbəbindən Abşeronda qədim məskunlaşma məsələsinin sübüt edilməsi bu günlərədək mübahisəli olaraq qalırdı.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)


























.jpg)


