Sosial
"Azərenerji" xüsusi rejimdə işləyəcək - Havaya görə
Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq “Azərenerji” ASC-nin mərkəzi aparatında və bütün müəssisələrində gücləndirilmiş xüsusi iş rejimi təşkil edilməsi üçün Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən müvafiq əmr verilib.
Publika.az xəbər verir ki, əmrə əsasən “Azərenerji” ASC-nin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərlərinə tapşırılıb ki, 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olsun, rəhbər vəzifəli şəxslər iş rejiminə nəzarəti gücləndirsinlər. Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılması, Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işinə nəzarəti gücləndirilməsi də əmrdə xüsusi vurğulanıb. Eyni zamanda “Azərenerji” ASC-nin müəssisələrinin, o cümlədən mühəndis-kommunikasiya və rabitə xətlərinin mühafizəsinin gücləndirilməsinin təmin edilməsi də məqsəd olaraq qarşıya qoyulub.
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi











.jpg)





.jpg)
















.jpg)
