Sosial
Sabah saat 13:07-ə HAZIR OLUN! - Nadir hadisə BAŞ VERƏCƏK
Sabah Ay Yerə ən yaxın məsafədə olacaq və Super Ay müşahidə ediləcək.
Bu barədə Publika.az-a AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Onun sözlərinə görə, Ay Yerə əksər hallarda ildə bir dəfə, bəzi hallarda iki dəfə ən yaxın məsafədə olur:
“Ayın Yer ətrafında hərəkəti dartılmış orbit üzrədir. Onun 27 gün davam edən fırlanması zamanı bir dəfə ən yaxın, bir dəfə isə ən uzaq məsafədə olur. Ayın Yerə minimal yaxınlaşmasına perigey, maksimal uzaqlaşmasına isə apogey deyilir. Bədirlənmiş Ay perigey nöqtəsindən keçən vaxtlara düşürsə, bu hallarda Super Ay müşahidə edilir. Sonuncu dəfə bu hadisə ötən il yanvarın 1-də müşahidə edilmişdi, bu il isə fevralın 19-na təsadüf edəcək. Proses Bakı vaxtı ilə 13:07-də baş verəcək. Sabah 19:07-də Ay tam bədirlənəcək. Bununla da tam dolu ay müşahidə edəcək”.
X.Mikayılov bildirib ki, bu il yaxınlaşma zamanı Ayla Yer arasındakı məsafə 356765 km olacaq, keçən il daha yaxın 356565 km olmuşdu.
“Son 3 ildə Ay Yerə 2016-cı il 14 noyabrda ən yaxın- 356 511 km məsafədə olub. Bu məsafələrin fərqli olmasının səbəbi Ayın Yer ətrafında dartılmış orbit üzrə hərəkət etməsidir. Ay Yerə ən uzaq 400 min km məsafədə olur”.
X.Mikayılov Ayın Yerə ən çox yaxın olduğu vaxtda ölçüsü 13-14 faiz böyüyə bilir, daha parlaq olur. Bu hadisə Yerdə yalnız qabarma və çəkilmələrə təsir edə bilər. Nə qədər yaxın olursa, qabarma qüvvəsi daha çox olur.
Gülxar
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA