Sosial
Evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloqdan ŞOK
Bəzi yaşayış obyektlərinin ətrafında əxlaqsızlıq təbliğ olunur və getdikcə adi hal alır.
Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli deyib. O bildirib ki, cəmiyyəti bir neçə gündür narahat edən bəzi əxlaqsız videoların yayılması təsadüfü deyil:
“Hər şey cəmiyyətin mövcud yaşam tərzinin bu və ya digər formada təzahürüdür. Biz nə vaxt əxlaqsızlıq yuvalarına, pritonlara qarşı geniş mübarizə apardıq ki, indiki nəticədən də təəccüblənək?”
Politoloq qeyd edib ki, son bir neçə ildə bu “biznes” sürətlə inkişaf edir:
“Mənim yaşadığım S.Rəhimov küçəsi bina 189-da da bu səpkili obyektlər fəaliyyət göstərir. Sözsüz ki, bu obyektlər gənclərə, uşaqlara neqativ təsir edir. Biz burada yaşamırıq, zülm çəkirik. Bizim yaşadığımız binanın altında ən azı 12 əxlaqsızlıq yuvası fəaliyyət göstərir. MİS-in sənədlərində S.Rəhimov küçəsi bina 189 kimi qeyd edilsə də, bu obyektlər R.Behbudov 98 və R.Behbudov 100 ünvanlarında yerləşir. Bu ərazilərdəki binaların zirzəmiləri bu cür yerlərlə doludur. Əvvəllər bu yerlər “masaj salonu” adı ilə fəaliyyət göstərsə də, artıq daha açıq şəkildə priton kimi çalışdığını gizlətmirlər. Bu yerləri işlədən şəxs Beyləqan rayonundandır və keçmiş gömrük işçisidir. Əvvəllər burada yerləşən bütün obyektlər onun olsa da, artıq bir qismini satıb. Obyektlər həmin şəxsin bibisi oğlunun adına qeydiyyatdan keçirilib. Burada əsas işi görənlərdən biri də çeçen qadındır. Onu bu obyektlərin “mamaroza”sı kimi tanıyırlar”.

Q.Hüseynlinin sözlərinə görə, həmin ərazidə artıq bu cür obyektlərin sayı artmaqdadır:
“Belə ki, bu yerlərin yaxşı qazandığını görən ətraf obyektlər də artıq bu cür fəaliyyət yolunu seçirlər. Həmin ərazidə Maştağalı Hacı kimi tanınan biri öz çayxanasını dəyişərək bu cür fəaliyyətə başlayıb. Digər tərəfdən, həmin yerin yanında yerləşən bir kafe var idi. Kafenin də artıq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi deyilir. Bir sözlə, ətraf obyektlərin hamısının suyu bir-birinin üzərinə sıçrayıb. Maraqlısı budur ki, buradakı MİS də həmin əxlaqsızlıq yuvalarının birinin yaxınlığında yerləşir, ancaq onların fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir addım atmır”.
Q.Hüseynli vurğulayıb ki, sözügedən şəxsin obyektləri təkcə onların binasının altında deyil:
“Onun Təzə bazar tərəflərdə də 20-yə qədər belə obyektinin olması deyilir. Təxminən 1 ay bundan öncə həmin obyektlərdə yoxlama oldu və qapadıldı. İndi yenə hər şey “nizama” düşüb, onlar əvvəlki kimi “çalışırlar”. Biz bina sakinləri olaraq bu barədə rəsmi qurumlara da müraciət etdik. Ümid edirəm ki, qısa müddətdə tədbirlər görülər.
Burada hansı qonşuya yaxınlaşsanız, bu problemi deyəcəklər. Açığı, mən həmin şəxsin özü ilə də bu barədə danışmışam. O artıq məni görəndə bu işlə məşğul olmadığını bildirir”.
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
MDB11 Sentyabr 23:55Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika11 Sentyabr 17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ11 Sentyabr 15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial11 Sentyabr 14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya11 Sentyabr 14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm






.jpg)
.jpg)


.jpg)

.jpg)





.jpg)













.png)




