Sosial
“Yeni Üfüq” Ramazan ayı münasibəti ilə silsilə tədbirlərə başladı
"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi müqəddəs Ramazan ayı münasibəti ilə xeyriyyə tədbirlərinə start verib.
Birlikdən Publika.az-a verilən məlumata görə, "Yeni Üfüq” ilk iftar süfrəsini təşkil edib. Təşkil edilən iftar süfrəsində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidlərin ruhuna dualar edilib.
Xeyriyyə tədbirində çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli mübarək Ramazan ayının mənəvi fəzilətlərindən geniş söz açıb. O, bu ayın mərhəmət, rəhmət, bərəkət, bağışlanma ayı olduğunu dilə gətirib. S.Əzimbəylinin sözlərinə görə, Ramazan ilahidən bəndələrinə müjdə olaraq verilmiş bir fürsətdir: "Bu mübarək günlərdə Vətənin, dövlətin daim var olması, eləcə də doğma Qarabağın tezliklə azad olmasını Allahdan dualarımızla təmənna etməliyik. Onu da qeyd edim ki, Müqəddəs Ramazan ayı münasibətilə təşkilatımız tərəfindən silsilə tədbirlərə başlamışıq. Silsilə xeyriyyə tədbirlərinin keçirilməsində təşkilatımıza dəstək olan "Cənnət” şirkətinə təşəkkürümüzü bildiririk”.
Tədbirdə ölkənin bir qrup fəal qadınları, habelə şəhid və qazi ailələri iştirak edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi


































.jpg)
.jpg)
