Sosial
Bakıda binaların damında götürülən çənlərin aqibəti necə olur?
“Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə su çənləri düşürülüb, sahibinə verilmir, satılır. Yəni sərəncamın icrası quldurluqla bitir. Şəhərin bütün məhəllərindən su çənləri yığılıb. Bu çənlər hara aparılır? Həmin çənlərin müəyyən qiyməti var. Yaşadığım binada da su çənləri götürülür. Mənim çənim əla keyfiyyətli idi və üstəlik, damdan götürülsə belə mənə lazım idi. Lakin 145 saylı Binəqədi Mənzil Kommunal Təsərrüfatı birliyi işçiləri tərəfindən mənimsənilib. Çənlər düşürülərkən hansı mənzildən kişilər reaksiya verirdisə, onu özlərinə verdilər. Mən tək qadınam, mənə aid çəni isə geri vermədilər”.
Bu sözləri saytımıza müraciət edən şikayətçi Təranə Şahmuradova deyir.
O, həmin çənlərin Mənzil istismar Sahəsi əməkdaşları tərəfindən satılaraq pulunun mənimsənildiyini iddia edir.
Qeyd edək ki, Bakı şəhərində artıq bir neçə ildir 24 saat fasiləsiz içməli su verilən ərazilərdəki binaların damında quraşdırılan çənlər götürülür. Təbii ki, içməli su ilə tam təmin olunan ərazilərdə bu çənlərə ehtiyac yoxdur. Bu həm də binanı əlavə yükdən azad edir, estetik görüntüdəki problem aradan qaldırır.
Lakin binalarından damından götürülən bu çənlərin nə üçün sahibinə qaytarılmaması sual doğurur.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Publika.az-a bildirib ki, binaların damından götürülən su çənləri Mənzil İstismar Sahəsi işçilərinə lazım deyil.
“Əvvəldən 24 saat içməli su verilən ərazilərdəki binalardan su çənlərinin götürüləcəyi barədə məlumat verilir. Su çənini götürmək istəyən vətəndaş əvvəldən kran gətirir və çəni özü götüzdürüb istədiyi kimi də istifadə edir. Lakin vətəndaş etmədikdə, Mənzil İstismar Sahəsinin əməkdaşları həmin çənləri götürmək üçün kran gətirir, onları daşımaq üçün də əlavə maşın tuturlar. Bu zaman həmin çənlər yararsızdırsa, zibilliyə atılır. Bəzi hallarda həmin çəni “metallom”a verir. Axı Mənzil İstismar Sahəsi əməkdaşları çəni götürülməsi və daşınması üçün xərc çəkir. Bundan başqa götürülən çənlərin altı yararsız hala düşür vətəndaş özü oranı təmir etməlidir. Bunu da MİS əməkdaşları edir. İllərdir damda qalan çən necə yararlı vəziyyətdə ola bilər? MİS işçilərinə həmin çənlər lazım deyil”.
Gülxar
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...











.jpg)
.jpg)





















.jpg)


