Sosial
Elkaponinin 100 minlik arzusu “suya düşdü” - QƏRAR
Bu gün Nərimanov Rayon Məhkəməsində iş adamı Frenk Elkaponinin Axar.az saytına qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, məhkəmə zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin sözügedən işlə bağlı yekun rəyi açıqlanıb.
Ekspertizanın rəyinə əsasən, saytımızda “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” başlığı altında yayımlanan məqalələrdə Frenk Elkaponi Naxçevanskinin şərəf və ləyaqətini alçaldan hər hansı söz və ifadələrdən istifadə edilməmişdir.
Bununla da Frenk Elkaponinin Axar.az saytına qarşı qaldırdığı iddianın əsassız olduğu sübuta yetirilmiş sayılır.
Nərimanov Məhkəməsində hakim Ramin Quliyevin sədrliyi ilə davam edən proseslə bağlı iyunun 12-də qərar elan ediləcək.
Qeyd edək ki, Frenk Elkaponi Naxçevanski Axar.az-da “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” başlığı altında yayımlanan məqalədə şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən milyarder məqalənin dərc olunduğu səhifədə, həmin yerdə və həmin ölçüdə təkzib verilməsi, yazıların internet səhifəsindən silinməsi və üzr istənilməsi, xəbər portalından dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat tutulmasını tələb edirdi.
Sözügedən məqalələrdə qarşı tərəfin şərəf və ləyaqətin təhqiri ilə bağlı bircə cümlə, söz və ya ifadə təqdim edə bilmədikləri üçün Axar.az saytını təmsil edən Anar Niftəliyev məqalələrin ekspertizaya göndərilməsi ilə bağlı vəsatətlə çıxış etmiş və qarşı tərəfin iddiasının rədd edilməsini xahiş etmişdi.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO













.jpg)













_(1).jpg)









