Sosial
Uçan binanın yerindən REPORTAJ - FOTO/VİDEO
Dünən Nərimanov rayonunda təhlükəli vəziyyətdə olan və bir neçə ay öncə sakinləri evakuasiya edilən 5 mərtəbəli binanın bir divarı uçub. Sosial şəbəkələrdə həmin divarın söküntü zamanı təhlükəsizlik qaydalarına əməl olunmadığı üçün dağıldığı qeyd olunub.
“Qafqazinfo”nun əməkdaşları bu gün hadisə yerində olublar. 1934-cü ildə tikilən binanın ətrafı dəmir lövhələrdə hasarlanıb, onun qarşısından keçən yolda isə həm avtomobillərin, həm də piyadaların hərəkəti məhdudlaşdırılıb.
Nərimanov Rayon İcra Hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov bildirib ki, Fövqəladə Hallar Nazirliyi binanın kəskin təhlükəli vəziyyət olması haqda rəy verib və hər an uça biləcəyi qeyd olunub. Sakinlərin köçürülməsinə 3 ay öncə başlanılıb və 1 ay əvvəl başa çatıb. Təxminən 10 gün əvvəl isə söküntü işlərinə start verilib. İlk olaraq da ətrafın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülüb. Faktiki söküntü işlərinə isə başlanılmayıb.
Dünən saat 19 radələrində binanın bir hissəsi heç bir müdaxilə olmadan uçub. Uçqun zamanı hər hansı vətəndaşa, obyektə, avtomobilə ziyan dəyməyib.
Binanın keçmiş sakinləri bildiriblər ki, yaşadıqları mənzillər o dərəcə təhlükəli vəziyyətdə olub ki, döşəmələrdəki oyuqlardan aşağı mərtəbədə yaşayanların evləri görünürmüş.
Bundan sonra söküntü işləri davam etdiriləcək. Qəbul edilən layihəyə uyğun olaraq, yerində 16 mərtəbəli yaşayış binası tikiləcək. Binanın sakinləri isə kirayə pulu ilə təmin edilərək köçürülüb. Bina təhvil veriləndə onlar da öz evlərinə qayıdacaqlar.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)