Sosial
Valideyn himayəsindən məhrum olan uşaqlar üçün yeni layihə Gəncədə davam etdirilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində həyata keçirilən “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin icrasına iyul ayının 15-dən başlanılıb.
Publika.az xəbər verir ki, təşkilatın sədri Lamiyə İsazadə qeyd edib ki, cəmiyyətin həssas üzvləri olan, valideyn himayəsindən məhrum olan uşaqların taleyi dinindən, irqindən asılı olmayaraq hər kəsi narahat edir. Onlar 18 yaşa qədər dövlətin himayəsində olsalar da, onların 18 yaşdan sonrakı həyatları bizləri daha çox narahat edir. Uşaq evində yaşayan uşaqların çox az hissəsi ali məktəblərə qəbul olub ali təhsil alır, öz həyatlarını siğortalayırlar. Bəs təhsil almayan uşaqların aqibəti necə olur?! Əgər həmin uşaqlar heç bir təhsilə, sənətə sahib deyillərsə, küçə həyatı yaşamağa məhkum olurlar. Bu cür xoşagəlməz halların qarşısını almaq üçün bu və ya buna bənzər layihələrin icrasını zəruri hesab edirik.
Hal-hazırda icra etdiyimiz “Dekorativ-tətbiqi sənətdə uşaqların özlərini tapması” layihəsinin əsas məqsədi Gəncə şəhərində, valideyn himayəsindən məhrum olan, uşaq evlərində yaşayan uşaqlara Gəncə Gənclər Evində 3 aylıq dekorativ-tətbiqi sənət kursu təşkil olunubdur. Bu sənətə aiddir bədii şüşə sənəti, ebru (su üzərində rəsm), bədii tikmə sənəti (naxışların salınması) və s. 3 aylıq kursun yekununda uşaqların əl işlərinin sərgisi Gəncə və Bakı şəhərlərində keçiriləcəkdir.
Uşaqlar kursa çox böyük həvəslə gəlib, sənət öyrənməyə çalışırlar. Onlara çox istedadlı, bacarıqlı, Gəncə Gənclər Evinin dekorativ-tətbiqi sənət müəlliməsi Sona Məhərrəmova dərs keçir. Fürsətdən istifadə edib Gəncə şəhər Gənclər Evinin rəhbəri Amil Qurbanova uşaqlara göstərdiyi diqqət və qayğıya görə, təmənnasız yaratdığı şəraitə görə xüsusi minnətdarlığımızı bildiririk. Və biz inanırıq ki, bu layihədən sonra uşaqlar bir daha əmin olacaqlar ki, onlar tək deyillər. Dövlətimiz, cəmiyyətimiz onlara nə qədər dəyər verir. O zaman onlar özlərini atılmış deyil, cəmiyyətimiz üçün nə qədər gərəkli, dəyərli olduqlarını dərk edəcəklər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)




























.jpg)

.jpg)