Sosial
FHN maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 5-də Bakıdakı “Boulevard” otelində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Azər Pambıq ASK” ASC-nin Şirvan pambıq emalı zavodunda, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Tarix Diyarşünaslıq Muzeyində və Beyləqan rayonundakı Xocavənd rayon Tuğ kənd xəstəxanasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax və Zərdab rayonlarındakı “MKT-İK” MMC-nin pambıq qəbulu məntəqələrində, Göyçay rayon Mərkəzi Xəstəxanasında, Sabirabad regional Meşə Təsərrüfatı mərkəzinin Kürdəmir rayonu Sığırlı meşəbəyliyində və digər yerlərdə yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Meşələrdə yanğın təhlükəsizliyi”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, eləcə də həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyinin, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi qeyd olunub.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

