Sosial
FHN maarifləndirmə tədbirləri keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin ictimai obyektlərə nəzarət sektoru sentyabrın 6-da Bakıdakı “Qafqaz Baku City Residont” otelində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz rayonundakı Qaradağ-Buduğ kənd Mədəniyyət evində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər Gimnaziyasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Horadiz şəhərindəki “Azərxalça” ASC-nin Füzuli filialında və Bərdə şəhər birləşmiş uşaq xəstəxanasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayon Bığır kənd Xəstəxanasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon Əskərabad kəndindəki pambıq tədarükü məntəqəsində və İmişli rayon Gigiyena Epidemiologiya Şöbəsində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən Publika.az-a bildirilib ki, tədbirlərdə “Məişətdə yanğın təhlükəsizliyi”, “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası”, “Meşələrdə yanğın təhlükəsizliyi” barədə, həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyinin, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara diqqətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Yanğın zamanı davranış qaydaları”, “Vətəndaşların nəzərinə” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

